Yuxarı

"Sabiroğlu, hələ ki, alovlu çıxış edə bilərsən..."

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu saytımıza açıqlamasında təxminən 20 il bundan öncə sabiq prezident Əbülfəz Elçibəyin Heydər Əliyevi təhqir etdiyinə görə, Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verilməsinə, həmin məhkəmə zamanı H.Əliyevin ictimai müdafiəçisi qismində çıxış etdiyinə diqqət çəkib.

Məhkəmədə çıxışlarının olduğunu bildirən E.Sabiroğlu Ə.Elçibəyin ona ünvanladığı xəbərdarlığı da xatırladıb:

"Sabiroğlu hələ ki, alovlu çıxışlar edə bilərsən, buna görə tərifnamələr də almağın mümkündür. Ancaq onu yadında saxla ki, vaxt gələcək rejim sənin dərini soyub yaman günə qoyacaq. Mənim bu sözlərimi qulağında sırğa elə".

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov E.Sabiroğlunun sözügedən məhkəmə prosesində H.Əliyevin vəkili olmadığını vurğulayıb:

"E.Sabiroğlunun məlum prosesdə H.Əliyevin vəkili olması ilə bağlı səsləndirdiyi fikirlər tamamilə əsassızdır. Həmin məhkəmə prosesində H.Əliyevin dörd vəkili olub. H.Əliyevin vəkili qismində mən, Tibb Universitetinin professoru Vaqif Şadlinski, millət vəkili Kərim Kərimov, bir də artıq haqq dünyasında olan Ağalar Abasbəyli çıxış edirdi. Biz vəkil olaraq rəsmi qaydada qeydiyyatdan keçən şəxslər olmuşuq. Bu gün məhkəməyə müraciət edib həmin sənədlərlə tanış olmaq, həmin vəkillərin kimliyinə aydınlıq gətirmək mümkündür. Bir daha qeyd edirəm ki, E.Sabiroğlunun H.Əliyevin vəkili olması ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır və həqiqəti əks etdirmir".

Tarix
2016.09.24 / 15:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla