Yuxarı

Tanınmışlar referendum haqqında nə düşünürlər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da ümumxalq səsverməsi (referendum) keçiriləcək. Seçicilər referendumda 29 dəyişikliyə "hə" və ya "yox" deyəcəklər.

Dəyişiklər arasında prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsi və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılması da var. Həmçinin, təklif olunan layihədə Azərbaycanda bir çox ölkələrdə olduğu kimi, vitse-prezidentlik institutunun yaradılması da nəzərdə tutulub.

Bəs sənət adamları referendum haqda nə düşünür? Onlar səsvermədə iştirak edəcəklər?

Axar.az Musavat.com-un sənət adamları arasında keçirdiyi sorğunun nəticələrini təqdim edir:

Günay İbrahimli: "Ölkə gündəmini daim izləməyə çalışıram. Prezidentimiz referendumla bağlı sərəncam imzalayıb, bunun vacibliyini bildiribsə, bizə də iştirak etmək düşər. Səsverməyə gedəcəyəm. Vətənini sevən biri olaraq, ölkə üçün faydalı olacaq hər işə razıyam. Sevənlərimi də səsvermədə iştirak etməyə səsləyirəm".

Müğənni Ayaz Qasımov: "Mən prezidentimizin siyasətini dəstəkləyirəm, doğrusunu o bilir. Əgər referendumun keçirilməsinə ehtiyac varsa, niyə də olmasın? Ölkəmizin xeyrinə olan hər addımı dəstəkləyirəm".

Müğənni Eldar Qasımov: "Referendumun keçirilməsi yaxşı haldır. İstərdim ki, insanlar gedib səsvermə hüququndan istifadə etsinlər. Sosial şəbəkələrdə referendumla bağlı çoxlu videolar qarşıma çıxıb. Şəbəkələr artıq insanlara daha tez təsir edir, onları yönləndirir. Ölkəmizin adı ilə bağlı önəmli hər tədbirdə iştirak edirəm. Sevinirəm ki, mən seçilənlərdənəm. Referendumla bağlı isə onu deyə bilərəm ki, insanlar səs versinlər, hüquqlarından istifadə etsinlər".

Müğənni Elton Hüseynəliyev: "Yeni Azərbaycan Partiyasının Rəyasət Heyətinin üzvüyəm. Prezidentimizin uğurlu siyasəti nəticəsində bu gün sülh və əmin-amanlıq içərisində gözəl ölkədə yaşayırıq. Referendumun ölkəmizin xeyrinə olduğunu düşünürəm. Hamı kimi mənim də arzum gözəl və firavan günlər görməkdir. Ölkədə səsvermə varsa, iştirak edəcəyik".

Teleaparıcı Samir Bayramlı: "Mən prezidentimizi sevirəm və onu dəstəkləyirəm. Bizdə insanlar düşünürlər ki, prezidenti sevmək və dəstəkləmək qorxudan, yaltaqlıqdan irəli gəlir. Bu yanlış fikirdir. Mən vətəndaşam, prezidentimizə qarşı içimdə hörmət və sevgi var. Bunu kiməsə xoş gəlmək üçün etmirəm. Referenduma gəldikdə isə yaşım çatdığı müddətdən seçkilərdə iştirak etmişəm. Əsasən, prezident seçkilərində səsimi vermişəm. Referendumla bağlı fikirlərim müsbətdir. İnsanları səsverməyə səsləyirəm".

Qeyd edək ki, referendum günü seçki məntəqələri 08:00-dan açıq olacaq. 19:00-da səs vermək üçün seçicilərin seçki məntəqələrinə daxil olma prosesi başa çatmış elan ediləcək.

Tarix
2016.09.25 / 13:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla