Yuxarı

İsveçlilər Nobelə görə Bakıya gəlir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçli həvəskarlar qrupu Azərbaycanda "Nobel qardaşlarının neft istehsalı ortaqlığı" şirkətinin irsini öyrənmək məqsədilə əlaqələri qaydaya salmaq üçün Bakıya səfər edəcək.

Axar.az xəbər verir ki, bu haqda İsveçin "Nya Vermlands-Tidningen" qəzeti məlumat yayıb.

Məqalədə qeyd edilir ki, Alfred Nobelin qardaşları Robert və Lyudviq çox məşhur olmasalar da, onların biznes fəaliyyəti uğurlu alınmışdı. 1876-cı ildə qardaşlar müasir Azərbaycanın ərazisində "Nobel qardaşlarının neft istehsalı ortaqlığı" adlı böyük neft şirkəti yaratdılar. Qısaca "BraNobel" adlanan bu şirkət sayəsində böyük sənayeçilərə çevrildilər.

Karlskuq şəhərindəki Nobel muzeyinin direktoru Xans Yoxanssonun qəzetə verdiyi müsahibədə qeyd etdiyi kimi, "bu nəhəng şirkət o vaxtlar "Standard Oil" kimi şirkətlərlə rəqabət aparırdı". Muzeyin rəhbəri vurğulayıb ki, Nobel qardaşlarının şirkəti Rusiya inqilabından dərhal sonra milliləşdirilsə də, bir müddət öz fəaliyyətini davam etdirib. Xans Yoxansson qeyd edib, Bakıda bu şirkətin fəaliyyəti haqqında xatirələr indiyə qədər qalır.

Xans Yoxansson deyib: "Azərbaycanda Nobel irsi ilə çox fəxr edirlər. Buna görədir ki, şirkətin əsas binası – "Villa Petrolea" hələ də qorunub saxlanılır və hazırda muzey kimi fəaliyyət göstərir. İnsanların xatirələrini dinləmək, qorunub saxlanmış muzeyi görmək maraqlı olacaq. Ümidvarıq ki, əlaqə yarada biləcəyik".

Qeyd edək ki, Azərbaycana gələcək on nəfərlik qrupun tərkibinə Karlskuq şəhərinin Nobel muzeyinin əməkdaşları və bu şəhərin İşgüzar İnsanlar Klubunun üzvləri daxildir.

Tarix
2016.09.25 / 15:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla