Yuxarı

Azərbaycan vətəndaşı vağzalda keçindi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiyanın Saratov şəhərinin vağzalında 79 yaşlı Azərbaycan vətəndaşı qəflətən dünyasını dəyişib.

Report xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Vzqlyad-info" İA məlumat yayıb.

Qadın Bakı vaxtı ilə saat təqribən 12:32 radələrində dəmiryolu vağzalı yanındakı "Uley" kafesində olarkən, özünü pis hiss edib. O, təcili olaraq tibb məntəqəsinə çatdırılıb, lakin həkimlərin müdaxiləsi uğursuz olub və qadın günorta saatlarında vəfat edib.

Məlum olub ki, qadın iki ay əvvəl Bakıdan Saratova rəfiqəsigilə qonaq gedib. Bu gün o, "Mahaçqala-Bakı" qatarı ilə evinə qayıtmağa hazırlaşırmış.

Hazırda qadının nəşi morqa göndərilib.

Tarix
2016.09.25 / 19:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla