Yuxarı

"Qəbələ" liderliyi yenidən ələ keçirdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, "Qəbələ" səfərdə "Zirə"ni üstələməyi bacarıb. Hər iki qolu yayda transfer edilmiş Teo Uiks vurub. O, 19-cu və 76-cı dəqiqələrdə fərqlənib.

Beləliklə, xallarını 16-ya çatdıran "Qəbələ" yenidən liderliyi ələ keçirib. 13 xala malik "Qarabağ" 3-cü pilləyə enib və açılış oyununda səfərdə AZAL-ı 3:1 hesabı ilə məğlub etmiş "İnter"dən 1 xal geri düşüb.

"Kəpəz" 7 xalla 4-cü, "Zirə" 6 xalla 5-ci pillədə qalıb.

Azərbaycan Premyer Liqası, VI tur

25 sentyabr

15:30. "Kəpəz" - "Qarabağ" - 1:1

Qollar: Dario Federiko, 54 - Reynaldo Silva, 75

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

18:00. "Zirə" - "Qəbələ" - 0:2

Qollar: Teo Uiks, 19; 76

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şaiq Həmidov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun son oyunu sentyabrın 27-də keçiriləcək. Saat 19:00-da "Neftçi" "Əlincə Arena"da "Sumqayıt"ı qəbul edəcək.

Tarix
2016.09.25 / 21:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla