Yuxarı

Yersiz utancaqlıqdan qurtulmaq üçün tövsiyələr

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yersiz utancaqlıq - psixoloji çatışmamazlıqlardan biridir ki, elmi dildə ona ictimai qorxu deyirlər. Bu xəstəliyə düçar olan hər bir insan cəmiyyətdə iştirak etməkdən çəkinər və uzaq olar. Yersiz utancaqlığın dərəcələri vardır. Bəzi insanlar ictimai tədbirlərdən və cəmiyyətdə görünməkdən çəkinirlər və bəziləri isə çıxış etməkdən və natiqlikdən qaçırlar.

Axar.az dəyərlər.org-a istinadən bildirir ki, bu cür insanlar əgər məcburi şəkildə ictimai tədbirlərdə iştirak edərlərsə, çox əziyyət çəkirlər. Yersiz utancaqlıq - çox zərərli və insanı gücsüz edən bir haldır. Ancaq get-gedə öz-özünə müalicə olunur. O kəslər ki, yersiz utancaqdırlar, təhsil və peşə məsələlərində çətinliklə üzləşirlər. Bu cür insan öz istedadlarını biruzə verə bilmir. Qabiliyyətlərindən tam şəkildə faydalana bilmir.

Yersiz utancaq insan ictimai işlərdə iştirak etmir, hər sözü deyə bilmir, bir növ proseslərdən kənara çəkilir. Cavanlar üçün bu çox təhlükəlidir. Onları ictimai rabitələrdən uzaq saxlaya bilər.

Psixoloqların nəzərinə görə həqarət hissi, izzəti nəfsin aşağı olması, qorxu və məharətlərini büruzə verməmək uşaqlıq dövründə çoxlu tənbeh və təhqir edilməkdən irəli gəlir. Bəziləri soruşur ki, bəs bu xəstəliyin müalicəsi varmı? Bəli, bu mümkündür. Xüsusilə də onun mənbəyi tanınsa.

Psixoloqların nəzərinə görə bu cür uşaqları ictimai tədbirlərə çox aparmaq lazımdır. İmam Əli (ə) buyurur:"Böyük cəmiyyətlərə qoşulun, çünki Allahın əli camaatladır".

İzolyasiyaya meyli olan insan əxlaq kamalına çatmaz. Problemlərlə qarşılaşan zaman tez məğlub olar. İmam Əli (ə) izolyasiyaya çəkilməyi şeytanla bir yerdə olmaqla bərabər tutmuşdur. İmam (ə) buyurur: "Tənhalıqdan çəkinin, çünki tənha insan şeytanın qidasıdır. Necə ki, tənha qoyun canavarın qidasıdır".

Yersiz utancaq olan insan həmişə qəlbində narahat olar, başqalarının onu alçaltmasından qorxar. Bu qorxu onu qəfəsdə olan pərvanə kimi həbsdə saxlayar.

Ona görə də belə cavanı cəmiyyətə tərəf çəkmək lazımdır. İmam Əli (ə) buyurur: "Şücaət hazır (aşkar) izzətdir, xəcalət isə aşkar zillətdir!".

İmam (ə) başqa yerdə buyurur: "O zaman ki, bir şeydən qorxursan, özünü ona at ki, həmin qorxu onun özündən çətin və qorxuludur".

İmam (ə) buyurur: "Şücaət - zinətdir, qorxu - eybdir".

Beləliklə əgər belə bir xəstəliyə düçar olmuşuqsa, gərək onu müalicə edək və cəmiyyətdəki tədbirlərdə daha çox iştirak edək.

Tarix
2016.09.26 / 00:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla