Yuxarı

İranla mal dövriyyəsi 3 dəfə arta bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla İran arasında mal dövriyyəsi azı 3 dəfə artıra bilər.

Bunu Trend-ə İranın sənaye, hasilat və ticarət nazirinin müavini Hoseyn Esfəhbodi deyib.

Nazir müavini qeyd edib: "Hazırda iki ölkə arasında mal dövriyyəsinin həcmi təxminən 100 milyon dollar təşkil edir. Bu göstərici bizi qane edə bilməz, onun heç olmasa gələn il 300 milyon dollara çatdırmaq lazımdır".

Onun sözlərinə görə, coğrafi baxımdan yaxınlıq iki ölkə biznes nümayəndələri üçün yaxşı imkanlar yaradır, bu həm neft, həm də qeyri-neft sektorunda əməkdaşlığı artırmağa imkan verə bilər.

Həmin nazirliyin digər nazir müavini Səfər Sərqini də qeyd edib ki, neft-qaz sahəsində Azərbaycan-İran əməkdaşlığının səviyyəsi qaneedici deyil. Onun sözlərinə görə, neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, avtomobil istehsalı iki ölkə arasında mal dövriyyəsinin artmasına səbəb ola bilər.

İranlı nazir müavini bu sahələrdə Azərbaycanla əməkdaşlığı artırmağa çağırıb.

Avtomobil istehsalı ilə bağlı C.Sarqini qeyd edib ki, Neftçalada yaradılacaq birgə avtomobil zavodundan başqa, avtomobillər üçün ehtiyyat hissələrinin istehsalı üzrə yeni şirkətlər də yaradılacaq.

Bu günə kimi İran şirkətləri Azərbaycan iqtisadiyyatına 2,6 milyard dollar sərmayə qoyublar. Bu məbləğin təxminən 2,5 milyard dolları neft-qaz sahəsinə qoyulub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycanla İran arasında mal dövriyyəsinin həcmi 122,08 milyon dollar təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz çoxdur.

Tarix
2016.09.26 / 00:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla