Yuxarı

Hitlerin iztirab içində yaşayan uşaqları

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya müharibəsinin bitməsindən yarım əsr sonra alman qadın və kişilərdən ibarət kiçik bir qrup müharibə günahkarı olan atalarının, əmilərinin, babalarının etdiklərini bütün detalları ilə gündəmə gətiriblər.

Axar.az xəbər verir ki, yəhudi kino mütəxəssisi Çanoç Zivi "Hitlerin uşaqları" adlı sənədli filmində tarixin ən böyük ləkəsi olan bu mirasın daşıyıcıları danışıblar.

Filmdə II Dünya müharibəsi günahkarlarının yaxınları ailə böyüklərinə bəslədiyi heyranlıqlarının sonradan necə utanca çevrilməsi hissini bölüşüblər. Qətliamı, ölümü, vəhşəti, soyqırımı xatırladan soyadla yaşamaq, "qatilin nəvəsi", "qatilin övladı" adı altında həyata davam etmək çətin bir duyğudur. Bu günə qədər səssiz qalan qorxunc mirasın ortaqları filmdə danışaraq çiyinlərindəki yükü yüngülləşdirmək istəyiblər.

Onlar fövqəladə ailələrdə doğulduqlarına inandırılıb. Onlara görə, uşaqları sevən, qoruyan, ailə dəyərlərinə hörmət edən mükəmməl valideynləri var idi. İllər sonra Hitlerin yaxın adamlarının davamçıları olduqlarını öyrəniblər və bu, onların həyatını tamamilə dəyişdirib. Bunlardan biri Monika Goez Hertviqdir - Plaszou düşərgəsinin kapitanı Amon Goezin qızıdır.

Goez müharibədən sonra 500 nəfəri öz əlləri ilə öldürməkdə, on minlərlə insanın ölümündə günahkar hesab edilib. Nəticədə 1946-cı ilin 13 sentyabrında edam edilib. Halbuki Monika uzun illər atasının rus cəbhəsində döyüşdüyünü düşünüb:

"1958-ci ilə qədər atamın nə işlə məşğul olduğunu bilmirdim. Kafedə qabları yuyan bir şəxs gördüm, qolunda döymələr var idi. Krakov yaxınlığındakı düşərgədə qaldığını dedi. "Atam o düşərgənin məsul şəxsi idi" dedim. O, donub qaldı. "Amon Goez idi?" deyə soruşdu. Gülümsədim. Atamı tanıyan birini gördüyüm üçün həyəcanlanmışdım. Mənə səssizcə qapını göstərdi və bir daha gəlməməyimi dedi…"

"Reiçin kölgəsində"

"Hakimin vəzifəsi ektremist düşüncəli toplumun bərabər səviyyəli düzənini qorumaqdır, təhlükəli məntəqələri ayırd eləmək, cəmiyyətə zərər verəcək nə varsa, onu silmək, fərdlər arasındakı anlaşılmazlıqları həll etməkdir. Nasional-sosialist ideologiyası Fürerin kitab və müsahibələrində bildirdiyi formada qanuni qaynaqların şərh edilməsində üzə çıxır".

Bu sözləri Hans Frank deyib. Nasional-Soialist Partiyasının Bavariyada inkişaf etməsində önəmli rol oynayan hüquqi şəxsdir. Hitlerin kanslerliyi dönəmində partiyada yüksəlib və almanların işğal etdiyi Polşada ümumi hərbi qubernator təyin olunub. Nürnberq məhkəməsi zamanı dilə gətirdiyi peşmanlıqlar və məhkəməyə təqdim etdiyi 43 ciltlik xatirələri edamına əngəl ola bilməyib.

"Reiçin kölgəsində" Hans Frankın oğlu Niklas Frankın qələmə aldığı kitabdır. O, bu kitabda 1950-ci illərdə faşist oğlu kimi böyüməyin çətinliyindən bəhs edir.

"Hüznlü bir avtostopçu idim. Məni yol kənarından götürən maşınlara mindikdən bir neçə kilometr sonra atamın Faşist Almaniyasının naziri, Polşanın ümumi qubernatoru olduğunu və Nürnberqdə müharibə günahkarı kimi edam edildiyindən bəhs edirdim. Hekayəm adətən rəğbətlə qarşılanırdı. Hətta bəzən antisemit ifadələrlə də dəstəklənirdi…"

Bu illər ərzində yalnız bir şəxs avtomobilini dayandırıb Niklasdan enməyini xahiş edib. Zamanla Niklasda atasının etdiklərindən dolayı utanc hissi yaranmağa, hətta nifrətə çevrilməyə başlayıb. Niklas atasını tapmaq üçün keçmiş nasistlərin, müharibə zamanı hitlerçilərin əmri ilə çalışanların, hətta atasının son sözünü dinləyən din adamanın da yanına gedib.

Uşaq ikən bağ evində Hitleri ziyarət etdiklərini, Hitlerin onu sevdiyini, sonra atasının onu bir ölüm düşərgəsinə apardığını, məhkumlara işgəncə verilərkən atası və Hitlerin bunu soyuqqanlı və hətta gülümsəyərək izlədiyini xatırlayır və Hans Frankın oğlu kimi yaşadığı hər an özünü "Ölümə məhkum" edilmiş kimi hiss etdiyini deyir.

Bettina Görinq də Niklas Frankla oxşar hisləri yaşayıb. Yaxınları və yəhudi qonşuları tərəfindən sevilən Alman Hava Qüvvələrinin kapitanı, Hitlerin yaxın dostu Hermanın yaxın qohumu Bettina Görinq bu gün Meksikada şəfalı otlar sataraq həyatını yaşayır. Bettina Nürnberq məhkəməsində edam qərarından sonra kalium sionidi içərək intihar edən Herman Görinqin kölgəsindən qurtulmayıb. "Lənətli nəsli" davam etdirməmək üçün qardaşı ilə bərabər özünü "sonsuz" etdirib:

"Yeni bir canavar yaratmaqdan qorxdum. Fiziki olaraq ona öz qızından da çox oxşayıram. Bizlərə qəhrəmanların övladları olduğumuzu demişdilər. Ancaq elə deyildik! İnsanları topluluqla məhv edən canavarların yaxınları idik!"

"Bunda mən günahkar deyiləm"

Bir əmri ilə minlərlə yəhudini ölüm düşərgəsinə göndərən Nasional Sosialist Partiyanın ikinci adamı, Adolf Hitlerin sağ əli Henrix Himmler belə deyir:

"Qəliz bir məsələyə diqqət çəkmək istəyirəm. Bunu artıq açıq şəkildə öz aramızda danışa bilərik, ancaq xalqın önündə müzakirə etmək üçün çox tezdir. 30 iyun 1934-cü ildə işini lazımi səviyyədə görməyən dostlarımızı divarın önünə qoyduq və bu haqda heç vaxt xalqın önündə danışmadıq. Tanrıya şükür ki, bu kimi mövzuları aramızda danışmayacaq qədər güclüyük. Hər birimiz yaşanılanlar qarşısında dəhşət içindəydik. Ancaq hamımız anlayırdıq ki, bunu eləmək lazımdır. İndi yəhudilərin evakuasiyasından, yox edilməsindən danışıram. Bu, asanlıqla deyilən bir şeydir: "Yəhudi xalqı yox ediləcək". Bu, hər bir partiya üzvü tərfindən deyilirdi. Yəhudilərin təmizlənməsi, yox edilməsi kiçik bir hadisədir. Ancaq 80 milyon almanın sevgi dolu bir yəhudisi var. Hər kəsin öz yəhudisi möhtəşəmdir. Onlar bəzi şeyləri yaşamayıblar. Siz 100, 500, yaxud 1000 bədənin yan-yana cansız yatmasının nə demək olduğunu bilirsiniz. Bunu yaşamaq, eyni zamanda hörmətli bir insan kimi həyatına davam eləmək bizi yetişdirdi. Bu, heç vaxt danışılmayacaq zəfər dolu bir mövzudur. Biz yəhudilərlə yaşamağın necə çətin və təhlükəli olduğunu bilən kəslərik. Yəhudilər hələ alman toplumunun parçası olsaydılar, bu gün 1916-17-ci illərdə yaşadıqlarımızı bir daha yaşayardıq".

Ketrin Himmler o pis mirasın davamçısı olduğuna inanmır. O, Holokost qurbanlarından birinin oğluna aşiq olaraq onunla evlənib. Evliliklərini bir kitaba köçürən cütlük balaca oğullarına sözügedən vəziyyəti necə danışacaqlarını bilmədiklərini deyiblər.

Ketrin 11 yaşı olarkən soyqırım sənədli filmində davamlı olaraq soyadının çəkilməsindən kədərlənərək ağladığını deyib:

"Ağlayırdım, çünki davamlı olaraq Himmler adı çəkilirdi. Əmimin muasir dövrun ən qəddar qatillərindən biri olduğunun fərqinə vardım. Amma bunda mən günahkar deyildim…"

Onlar özlərindən əvvəl gələnlərin günahlarının kölgəsində yaşadılar, yaşayırlar.

Filmin önə çəkdiyi nəticə "Dost, yaxud düşmən, alman, yaxud yəhudi, bir nəsil eyni nəticədə görüşdülər. İndi keçmiş hadisələrə ilişib qalmağın yox, bərabər gələcəyə baxmanın zamanıdır".

Tarix
2016.09.26 / 08:20
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla