Yuxarı

Ermənilərin növbəti təxribatının qarşısı alındı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 23-də BMT-nin Nyu Yorkdakı qərargahında BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun nazirlər səviyyəsində illik iclası olub.

Axar.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

Ölkəmizin xarici siyasət idarəsinin başçısı Azərbaycan cəmiyyətində birləşdirici rol oynayan multikulturalizm və tolerantlıq ənənələri, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən siyasəti, bu sahədə milli və beynəlxalq səviyyələrdə göstərilən səylər, həmçinin bu ilin aprelində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yekunları haqqında məlumat verib.

Müzakirələrin gedişində dövlətlərin əksəriyyəti Qlobal Forumun müvəffəqiyyətlə keçirilməsinə və onun əla təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildirib, həmçinin Forumda yekdilliklə qəbul olunmuş Bəyannamənin böyük əhəmiyyətə malik olmasını qeyd ediblər.

İclasda çıxış üçün söz almış Ermənistan nümayəndəsinin Bakı forumunun yekunlarını və Bəyannamənin konsensus xarakterini şübhə altına almaq cəhdləri iclas iştirakçılarının heyrətinə səbəb olub.

Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir özünün əvvəl söylədiyi mövqeyini xatırladıb və Ermənistan nümayəndəsini siyasi motivli, Alyansın məqsəd və prinsipləri ilə uzlaşmayan bəyanatlardan çəkinməyə çağırıb.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşı cavab çıxışında qeyd edib ki, Ermənistanın belə bəyanatları açıq-aydın, Azərbaycana qarşı davam edən təcavüzdən, onun ərazilərinin işğal edilməsindən, kütləvi etnik təmizləmədən və beynəlxalq hüququn başqa kobud pozuntularından diqqəti yayındırmaq məqsədi güdür.

Vurğulanıb ki, Sivilizasiyalar Alyansının idealları və prinsipləri Ermənistana yabançıdır, Azərbaycandan və başqa qonşu dövlətlərdən fərqli olaraq, Ermənistan öz ərazisindən bütün qeyri-ermənilərin qovulması üçün onun rəhbərliyinin məqsədyönlü şəkildə həyata keçirdiyi siyasət nəticəsində unikal monoetnik ölkəyə çevrilib. Azərbaycan diplomatı qeyd edib ki, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər törədilməsi, terrorizmə sponsorluq etmək, şübhəli etnik-dini ideologiyaya tərəfdar olmaq və qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürmək Ermənistan üçün davranış normasına çevrilib.

Sonda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşı Ermənistanın bundan sonra Sivilizasiyalar Alyansının Dostları Qrupunda olmasının məqsədəuyğunluğu haqqında məsələ qaldırıb.

İclasın gedişində və iclas başa çatandan sonra iştirakçıların çoxu Azərbaycanla həmrəy olduqlarını və onun Alyansın hədəflərinin irəliləyişi üzrə fəal səylərini dəstəklədiklərini bildirib.

Tarix
2016.09.26 / 02:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla