Yuxarı

İslahatlar paketi qəbul olunub - Əli Həsənov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səs verdiyi seçki məntəqəsində jurnalistlərin suallarına cavab verib.

Musavat.com xəbər verir ki, o, ilk olaraq Venesiya Komissiyasının rəyi ilə bağlı danışıb:

"Venesiya Komissiyasının tələm-tələsik rəyi ilə bağlı Azərbaycan hakimiyyəti artıq münasibətini bildirib. Bu, sifarişli "ekespert rəyi" idi. Bir qayda olaraq Venesiya Komissiyasının bu tipli qanun layihələri, təşəbbüslərə, ölkələrin qanunvericilik aktlarına qiymət verməsi üçün aylar lazımdır. Azərbaycan Avropa Şurasına üzv olandan Venesiya Komissiyası ilə çox səmərəli əməkdaşlığımız var idi. Bu gün də səmərəli əməkdaşlıq davam edir. Venesiya Komissiyası bizə bu layihənin ekspertiza üçün onlara göndərilməsi üçün müraciət etsəydi, onu göndərəcəkdik. Ancaq müraciət etmədən, bu məsələ ilə bağlı ciddi maraqlanmadan, hər hansı sifarişlə rəyini açıqladı və biz də buna müvafiq qiymətimizi verdik.

Onun sözlərinə görə, referendum təşəbbüsü Azərbaycan qanunvericiliyə uyğun şəkildə həyata keçirilib: "Bu təşəbbüs ölkə prezidentindən gəlib, Konstitusiya Məhkəməsi tərəfindən onun konstitusiyaya uyğunluğu təsdiq olunub. Müvafiq olaraq indi Azərbaycan xalqının səsverməsinə çıxarılıb, xalqın iradəsi bizim üçün bütün daxili və xarici ekspert rəylərindən, xarici əlaqələrimizdən, daxili siyasətimizin hamısından üstdə durur. Azərbaycan xalqının iradəsi dövlətin həm siyasətini , həm də müvafiq hakimiyyət strukturlarını formalaşdırır. Biz Venesiya Komissiyası, Avropa Şurası, Avropa Birliyi və digər hökumətlərarası beynəlxalq qurumlarla ona görə əməkdaşlıq edirik ki, Azərbaycan xalqının iradəsini daha dolğun təmin edək, beynəlxalq aləmdə Azərbaycan xalqının maraqlarını ifadə edək, Azərbaycan dövlətinin maraqlarını dünya dövlətlərinin maraqları ilə uzlaşdıraq və dövlətimizi sivil dünya siyasətində təmin edək.

Azərbaycana sifarişlə yanaşan "Beynəlxalq hüquq müdafiə təşkilatları" və bəzi "QHT"lərlə Azərbaycan dövləti yalnız Azərbaycan xalqının maraqları üçün xalqın iradəsi çərçivəsində əməkdaşlıq edir. Bu anlamda referendum aktını da Azərbaycan xalqının iradəsinə buraxmışıq. Azərbaycan xalqı referenduma "hə" deyəcəksə, deməli, ölkə prezidentinin təşəbbüsü həyata keçəcək, "yox" deyəcəksə, deməli, bu təşəbbüs dəstəklənməyən təşəbbüs kimi tarixin arxivində qalacaq".

Əli Həsənov bildirib ki, 2016-cı il ölkədə prezident tərəfindən islahatlar ili elan edilib:

"İslahatlar artıq başlayıb. Azərbaycan post neft dövrünə əlbəttə hazırlaşırdı, ancaq belə tez bir zamanda post neft dövrünün gələcəyini gözləmirdik. Buna müvafiq olaraq da dərhal operativ çevik islahatlar keçirilməsi prezindet tərəfindən irəli sürüldü. Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı dəmir yoluna buraxılıb. Bu işdə ölkənin bütün, həm inzibati, həm iqtisadi, həm insan resursları səfərbər edilməkdədir. Odur ki, referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post neft dövründə çevik iqtisadi islahatların keçirilməsi effektli idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki mexanizmlərin aradan qaldırılmasıdır.

Referendum bir tərəfdən Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa, digər tərəfdən qarşıda Azərbaycanı gözləyən vəzifələrlə bağlıdır ki, bu vəzifələrdə də çevik iqtisadi, siyasi və bütün sahələrdəki idarəçilik ona istiqamətlənib ki, dövlətin inkişafında gecikmələr olmasın. Milli iqtisadiyyatımız dərhal post neft dövrünün qanunlarına, tələblərinə uyğunlaşdırılsın. Bu istiqamətdə də Azərbaycan xalqının firəvan həyatını təmin edək".

Tarix
2016.09.26 / 11:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla