Yuxarı

Rusiya hərbi gəmisini Bakıya göndərir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə "Uqliç" kiçik raket gəmisinin Bakıya rəsmi səfəri planlaşdırılıb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.

Rusiya nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri, eləcə də "ADEX-2016" 2-ci beynəlxalq müdafiə Sərgisində iştirakı nəzərdə tutulub.

Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

Səfər sentyabrın 30-dək davam edəcək.

Tarix
2016.09.26 / 13:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla