Yuxarı

Əli Əhmədov: "Səsvermə şəffaf keçdi"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında ümumxalq səsverməsi azad, demokratik və şəffaf keçib.

Axar.az xəbər verir ki, bu fikri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov sentyabrın 26-da partiyanın qərargahında keçirdiyi mətbuat konfransında söyləyib.

Əli Əhmədov bildirib ki, Konstitusiyaya təklif olunan dəyişikliklər və əlavələrlə bağlı keçirilən referendumla əlaqədar səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə, demokratik əsaslarla, ədalətli və şəffaf keçirilib. Səsvermə insanların yüksək fəallığı şəraitində keçib. Həm bütün seçki məntəqələrində YAP-ın çoxsaylı müşahidəçilərinin verdiyi məlumatlar, həm də keçirilmiş "exit-poll"ların nəticələri bunu təsdiq edir. Seçicilərin mütləq əksəriyyəti öz səsvermə hüququndan istifadə edib. Azərbaycan seçiciləri yüksək fəallıq nümayiş etdirməklə ölkənin həyatında çox mühüm siyasi kampaniyaya böyük maraq və diqqət göstərdiklərini sübut etdilər. Ən önəmli məqamlardan biri də bütün məntəqələrdə səsvermənin Seçki Məcəlləsinin tələblərinə uyğun, heç bir ciddi qanun pozuntusu olmadan keçməsidir.

Səsvermənin gedişini həm yerli, həm də beynəlxalq müşahidəçilərin izlədiyini söyləyən Əli Əhmədov bildirib ki, referendumun normal şəkildə keçirilməsini bütövlükdə Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyin bir ifadəsi hesab etmək olar.

Sonra yerli və xarici jurnalistlərin sualları cavablandırılıb.

Tarix
2016.09.26 / 21:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla