Yuxarı

İlhamənin oğlu: "Anamın əsəbləri yerində deyildi"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 6-da mərhum müğənni İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində İlhamə Quliyevanın oğlu Orxan Nadirov ifadə verib.

O, ifadəsində təqsirləndirilən Mehriban Hüseynovanı günahkar bilmədiyini, ona qarşı fikirlərinin dəyişdiyini bildirib.

Orxan Nadirov bunu belə əsaslandırıb:

"Mən dostum Vüqara inanmışdım. Ancaq hadisələrin necə baş verdiyini sonradan öyrəndim. Mən həqiqətləri Vüqar həbs ediləndən sonra bildim".

O.Nadirov məhkəmədəki ifadəsində bildirib ki, M.Hüseynova ilə münasibətləri yaxşı olub, lakin İlhamə Quliyevanın vəfatından bir neçə ay əvvəl aralarında soyuqluq yaranıb: "Mən istintaqa verdiyim ifadəmi təsdiqləyirəm. Ancaq orada dediklərimin bəzilərini qərəzli, bəzilərini də yanlış şəkildə demişəm. Çünki proseslərin necə olduğunu, həqiqəti bilmirdim. Vüqarın həbsindən sonra həqiqətləri səs yazılarından öyrəndim. Son araşdırdıqlarımdan, izlədiklərimdən belə nəticəyə gəldim ki, Mehriban günahsızdır. Bu işdə çox qaranlıq məqamlar var. Dostum Vüqara inanmaqda səhv etmişəm. Mehribanın nə etməsini, planlarını mənə Vüqar danışırdı. Mən Mehribanla əlaqə saxlamadığım, İlhamə Quliyeva ilə görüşmədiyim üçün hər şeyi Vüqardan eşidirdim. Vüqar da bütün olanları mənə istədiyi kimi danışırmış. Vüqarın mənə eşitdirdiyi səs yazılarında Mehribanın İlhamə Quliyevaya dərman vermək istəməsi var idi. Mən də vitamin C verilməsini məsləhət bildim".

Prokuror O.Nadirovdan anası İlhamə Quliyeva ilə münasibətlərinin korlanmasının səbəbinin nə olduğunu soruşub. Bunda Mehriban Hüseynovanın rolunun olub-olmadığına aydınlıq gətirməsini istəyib.

O.Nadirov deyib ki, mərhum anası İlhamə Quliyevanın əsəbləri yerində olmayıb və emosional insan olub: "Rəhmətlik emosional olduğundan tez əsəbləşirdi. İndi Mehribanın günahkar olmadığını düşünürəm. Sadəcə Mehriban bu işdə zəif bənd kimi aradan çıxarıldı".

O.Nadirov onu da qeyd edib ki, dostu, hazırda həbsdə olan Vüqar Bəkirovun ona qarşı düşmənçiliyi olub. O, isə bunu sonradan bilib.

Mərhum müğənninin oğlu ifadəsində dostu Vüqar Bəkirovun İlhamə Quliyevanın mülkünün ələ keçirilməsi məqsədi ilə hazırlanan saxta vəsiyyətnamənin Mehribanın istəyi ilə hazırlandığına inanmadığını bildirib: "Mən belə düşünürəm ki, Mehribanı Vüqar bu işlərə təhrik edib. Mehribanın da günahı var. Ancaq Vüqar həbs ediləndən sonra mən səs yazılarından başa düşdüm ki, əsas işi görən Vüqar olub. Vüqar məndən qisas almaq istəyirmiş. Səs yazılarından birində Vüqar Mehribana deyir ki, "məni İlhamə Quliyeva ilə görüşdür, Orxandan qisasımı alım". Mən həmin səs yazılarını məhkəməyə də təqdim edə bilərəm".

O.Nadirov istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyətlərin olmasını belə izah edib: "Mən olanlardan xəbərsiz idim. Rəhmətlik də əsl olanlardan xəbərsiz idi. Vüqar bütün olanları bizə səhv deyirmiş. Mən Vüqarı müdafiə etdiyim üçün səhv etmişəm".

Məhkəmə prosesi oktyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, mərhum müğənni İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında vəfat edib.

Tarix
2016.09.27 / 17:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla