Yuxarı

“Göz yaşları çılpaq çiyinlərimə tökülürdü” - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan məşhur müğənni Roza Zərgərli maraqlı açıqlamalar verib.

Axar.az xəbər verir ki, tanınmış müğənni yazdığı kitab haqda çəkdirdiyi videoçarxın birmənalı qarşılanmadığını bildirib:

"İndi deyəcəyim şeyləri kim necə yozursa, yozsun. Bəziləri bu kitabın tanıtım videoçarxını erotik saydılar. Çünki bu insanların erotikadan, ekzotikadan, sənətdən anlayışları yoxdur. Orada bir söz var ki, "onun göz yaşları mənim çılpaq çiyinlərimə tökülürdü". Onlar bunu yozdular. Amma kitabı oxusalar, bilərlər ki, atamın göz yaşlarıdır o. Kitabda hər şeyi vurğulamışam. Amma hər kəs bunu erotik məcraya yozdu".

İfaçı yaşadığı çətinliklərdən də danışıb:

"Axı, biz niyə hər şeyə düzgün yanaşmırıq? Videoçarxın sonunda dediyim "qarşımda başqa dünyanın qapıları açıldı" ifadəsi sənətimdir. Həmin qapılar sənətimə açıldı. Çox incidildim, çox döyüldüm, işgəncələrə məruz qaldım. Ağlamağı bacarmayan insanam, amma çox ağladım. Bu kitabım əsl gənc qadınlara aiddir. Mənim səhvlərimin üzərində düzgün istiqamətdə zəif olan qadınları püxtələşdirməkdir".

Tarix
2016.09.27 / 17:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla