Yuxarı

Türkiyəli nazir Bakıda ziyalılarla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin mədəniyyət və turizm naziri, akademik, yazıçı Nabi Avcı sentyabrın 27-də Azərbaycan Milli Kitabxanasında ziyalılar, o cümlədən şair və yazıçılarla görüşüb.

Axar.az xəbər verir ki, tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, Nabi Avcının yaradıcılığından danışıb. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov, Milli Məclisin deputatları Qənirə Paşayeva, yazıçı-publisist Aqil Abbas və başqaları Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələrdən söz açıblar. Çıxışlarda Azərbaycanda Türk Kitab Evinin açılması təklif edilib.

Türkiyəli nazir Nabi Avcı Azərbaycan ziyalıları ilə fikirlərini bölüşüb, bu görüş üçün hər kəsə təşəkkür edib.

Sonda qonağa "Azərbaycan Milli Kitabxanası. Fotoalbom", "Qarabağ xanəndələri" və "Azərbaycan xalçaları. İrəvan qrupu" kitabları təqdim edilib. Nabi Avcı nəfis şəkildə çap olunmuş "Fatih divanı və şerhi" kitabını Azərbaycan Milli Kitabxanasına hədiyyə edib.

Tarix
2016.09.27 / 18:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla