Yuxarı

Rusiya ABŞ-la sazişin mətnini yaydı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya XİN-i rəsmi saytında ABŞ-la Suriyaya dair əldə olunmuş sazişin mətnini ictimailəşdirib və Vaşinqtondan ikitərəfli razılaşmaların tam mətnini dərc etməsini tələb edib.

APA-nın verdiyi xəbərə görə, XİN qeyd edib ki, Rusiya həmişə qarşı tərəfə əldə olunan hər bir sazişin ictimailəşdirilməsini təklif edib, lakin ABŞ hər dəfə buna qarşı çıxış edib.

"ABŞ tərəfinin sağlam düşüncəli müxalifətçiləri Əl Qaidənin qolu olan Nüsrə Cəbhəsi qruplaşmasından ayrılmasına dair üzərinə götürdüyü öhdəliyi ictimaiyyət qarşısında təsdiqləməkdən, həmçinin Rusiya ilə birlikdə atəşi dayandırmayan terrorçulara zərbələr endirməkdən boyun qaçırması diqqət cəlb edən əsas məqamlardan biridir", - deyə məlumatda bildirilir.

Rusiya XİN ABŞ-ın mötədil müxalifətin terrorçulardan ayrılmasına dair üzərinə götürdüyü öhdəlikləri icra edəcəyinə ümidvar olduğunu bildirib.

Məlumatda həmçinin qeyd olunur ki, Vaşinqtonun "mötədil" hesab etdiyi silahlılar Cəbhə ən-Nüsrənin tərkibində döyüşür.

"Bir daha təkrarlayırıq ki, terrorçulara əl tutma və onlara havadarlıq etmə heç vaxt xeyir gətirməyib", - deyə XİN qeyd edib.

Qeyd edək ki, Rusiya və ABŞ arasında Suriyada atəşkəsin təmin olunması, həmçinin ABŞ və Rusiya hərbçiləri arasında əməliyyatların əlaqəkəndirilməsinə dair saziş sentyabrın 9-da əldə olunub.

Tarix
2016.09.27 / 21:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla