Ana səhifə Gündəm |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyası
"Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında),
audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu
başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və
yayılmasına razılığın verilməsi haqqında inzibati reqlament"i
təsdiq edib.
Axar.az xəbər verir ki, bu elektron xidmət dini təyinatlı
ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və
videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa
məlumat materiallarının istehsalına, idxalına, ixracına və
yayılmasına razılığın verilməsini əhatə edir.
Elektron xidmət www.e-gov.az, http://scwra.gov.az/pages/35/
elektron ünvanlarında təqdim olunur. Elektron xidmətin göstərilməsi
üçün elektron ərizədə fiziki şəxsin soyadı, adı, atasının adı,
ünvanı və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə
tarixi, hüquqi şəxsin adı, hüquqi ünvanı (daimi göstərdiyi yer) və
qeydiyyat nömrəsi, müraciət səlahiyyətli şəxs tərəfindən edildikdə
habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini
təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnamə haqqında
məlumatlar əksini tapmalıdır. Ərizəyə dini təyinatlı ədəbiyyatın
(kağız və elektron daşıyıcılarında) əlyazması (istehsal edilməsinə
razılığın alınması üçün) və ya nümunəvi nüsxəsi (idxal, ixrac
edilməsinə, habelə sərbəst yayılmasına razılığın alınması üçün)
əlavə edilir. Eyni zamanda ərizəçi hüquqi şəxs, xarici hüquqi
şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət
reyestrindən çıxarışın surəti, ərizəçi fərdi sahibkar olduqda,
şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi uçota
alınması haqqında şəhadətnamənin surəti, ərizədə qeyd olunan
obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya
icarə hüququnu təsdiq edən sənədin surəti elektron formada təqdim
olunur. Beləliklə, ərizəni formalaşdırdıqdan sonra tələb olunan
sənədləri daxil edərək sorğu formalaşdırılır. Sorğu istifadəçinin
www.e-gov.az, http://scwra.gov.az/pages/35/ internet ünvanlarından
birinə daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal
istifadəçinin elektron poçtuna "Bildiriş" göndərilir. rizədə və ona
əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda
sorğunun yerinə yetirilməsindən imtina olunur. İmtina üçün əsaslar
olmadıqda sorğu qəbul olunur və istifadəçinin elektron ünvanına bu
barədə dərhal "Bildiriş" göndərilir.
Ərizə və ona əlavə edilmiş sənədlərin düzgünlüyü və
qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan
sonra icra üçün Dinşünaslıq ekspertizası şöbəsinə göndərilir. Dini
təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və
video materialların, mal və məmulatların və dini məzmunlu başqa
məlumat materiallarının istehsal, idxal, ixrac edilməsinə, habelə
sərbəst yayılmasına razılığın verilməsi haqqında qərar qəbul olunur
və istifadəçinin elektron ünvanına bu barədə dərhal "Bildiriş"
göndərilir və qərar istifadəçiyə birbaşa və ya poçt rabitəsi
vasitəsilə təqdim edilir. Elektron xidmətin göstərilməsinə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası
şöbəsi məsuliyyət daşıyır. Məsul şəxs Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin rəhbəridir.
Ərizə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar
edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan
qaldırıldıqdan sonra 5 iş günündən gec olmayaraq razılığın
verilməsi və ya razılıq verilməsindən imtina haqqında müvafiq qərar
qəbul edilir və istifadəçinin elektron ünvanına bu barədə dərhal
"Bildiriş" göndərilir.
Tarix
2016.09.27 / 23:43
|
Müəllif
Axar.az
|