Yuxarı

Düşmənlərimiz bundan istifadə edirlər - Bortnikov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, bu, həqiqətən belədir. Həm Sizə, həm də Azərbaycan xalqına uğurlar və firavanlıq arzu etmək istəyirəm. Bu, çox vacibdir. Hesab edirəm ki, vətəndaşlar öz iradəsini bu şəkildə ifadə etməklə ölkə rəhbərliyini dəstəkləyir və gələcəyə yol seçir.

Axar.az xəbər verir ki, bu sözləri referendumun nəticələri ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdıran MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının sədri, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

A.Bortnikov Birlik ölkələrinin sərhədləri ətrafında yaranmış mürəkkəb vəziyyətə toxunaraq xüsusi qeyd edib ki, təhlükələr ilk növbədə terrorizmlə bağlıdır. O bildirib ki, dünya birliyinin səylərinə baxmayaraq vəziyyət dəyişmir və mürəkkəb olaraq qalmaqda davam edir. Şuranın sədri qabaqlayıcı iş aparmağın, informasiya mübadiləsinin, təhdidlərə vaxtında reaksiya verilməsinin zəruriliyini vurğulayaraq bildirdi ki, sabahkı iclasda müzakirə ediləcək əsas problem bizim ölkələrə qarşı kənardan yaranan təhlükələrin qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması olacaq. O deyib:

"Siz son zamanlar bu və ya digər şəkildə dünyada özünü qabarıq büruzə verən və bütövlükdə vəziyyətə təsir göstərən konfessiyalararası münasibətlərdən danışdınız. Düşmənlərimiz bundan fəal istifadə edirlər. Buna görə də biz baş verən prosesləri fəal izləməyə diqqət yetirəcəyik, çünki özlüyündə konfessiyalararası münasibətlərin xarakteri son nəticədə cəmiyyətdə vəziyyətin sağlamlaşmasına təsir göstərir".

A.Bortnikov radikalizmə, mütəşəkkil cinayətkarlığa, ekstremizmə qarşı mübarizənin də vacibliyini qeyd edərək vurğulayıb ki, MDB-nin üzvü olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşlığı təhdidlərə qarşı səmərəli mübarizə aparmağa və konkret həllər hazırlamağa kömək edir.

O qeyd edib: "Güman edirəm ki, Təhlükəsizlik Orqanları Rəhbərləri Şurasında yaranmış və mövcud münasibətlərin xarakteri bizim sələflərimiz tərəfindən əsası qoyulmuş ənənələri dəstəkləməyə kömək edir, toplanmış təcrübəni reallaşdırmağa, xüsusi xidmətlərdən hər birinin malik olduğu bilik və vərdişləri təkmilləşdirməyə çalışmaq imkanı verir".

A.Bortnikov vurğulayıb ki, MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları Birlik məkanında sülh və əmin-amanlıq üçün ümumi səylər göstərəcək, bir-birini hərtərəfli dəstəkləyəcəklər. O, ümidvar olduğunu diqqətə çatdırıb ki, Bakıda keçirilən iclas perspektivdə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından faydalı və səmərəli olacaq.

Tarix
2016.09.28 / 08:45
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla