Yuxarı

Hər şeyin sonu yaxınlaşmaqdadır...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizin ədəbiyyatda istinad etdiyiniz dəyər kultu hansıdır? Konkret hansı müəllif və əsərlər?

Axar.az bu sualla ədəbiyyat adamlarına müraciət edib.

Yazıçı, tərcüməçi İmir Məmmədli ədəbi kultunun olmadığını bildirdi:

"Biz insanlar uşaqlıqdan ta indiyə qədər şüurumuza yeridilən müxtəlif mədəni-mənəvi stereotiplərlə məhdudlaşdırılmışıq. Buna görə də kim olduğumuzu, təklif olunan və ya tanış situasiyada necə davranacağımızı bilirik. Amma vərdiş etmədiyimiz, gözlənilməz ekstremal situasiyada necə davranacağımızı və kim olacağımızı bilmirik. Yazılarımda da məni maraqlandıran əsas məsələ budur. İnsan stereotip çərçivələrindən kənarda necə dəyişir? Belə məqamlarda bəzən məzəli situasiyalar yaranır, bu da məni çox cəlb edir.

Ədəbi kultum yoxdur, amma sevdiyim əsər və müəlliflər var. Azərbaycan yazarlarından Mirzə Cəlil Məmmədquluzadəni, onun bütün əsərlərini, xüsusən, "Usta Zeynal", "Qurbanəli bəy", "Ölülər"i çox sevirəm. Əcnəbilərdən Servantes və onun "Don Kixot"unu mənim üçün (hələ ki, belə düşünürəm) heç kəs və heç bir əsər əvəz edə bilməz".

Şair Əşrəf Veysəlli Füzulinin adını çəkdi:

"Ədəbiyyatda ən çox sevdiyim şair poetik sözün zirvəsi hesab etdiyim Füzulidir. Ancaq imkan olduqca başqalarını da mütaliə edirəm. Yaxşı şeir üçün hər şeyi verməyə hazıram".

Tənqidçi Əsəd Cahangir əsərlərin, müəlliflərin adını sadaladı:

1. "Dədə Qorqud"

2. Nizami - "Xosrov və Şirin", "Yeddi gözəl", "İsgəndərnamə"

3. Nəsimi - qəzəllər divanı

4. Füzuli - "Leyli və Məcnun", qəzəllər divanı

5. Hüseyn Cavid - "İblis"

6. İsa Muğanna - "İdeal"

7. Dante - "İlahi komediya"

8. Şekspir - "Kral Lir", "Maqbet"

9. Höte - "Faust"

10. Tolstoy - "Dirilmə"

11. Dostoyevski - "Cinayət və cəza"

12-ci hələ yazılmayıb... 12-ci imam kimi onun yolunu gözləyirik.

Məti Osmanoğlu nə vaxtsa qələmə aldığı qeydlərini yaddaşının ucundan keçirib, suala cavab verdi:

"Dalbadal şimşək çaxır, gurultu qopur, yer-göy lərzələnir. Gecəni ağzına alan yaz yağışı, qarımlara sığmayan sel, elə bil, bu dəqiqə dəyəni yerindən qoparacaq. Dəyənin bir küncünə sığınan dörd-beş yaşlarında bir uşaq nə yata, nə səsini çıxara, nə yerindən tərpənə bilir. Ona elə gəlir, hər şeyin sonu yaxınlaşmaqdadır. Dəyənin bir küncündən gələn səs xofu sındırır: "Əşhədü ənla ilahə illəllah və əşhədü ənnə Məhəmmədən əbdühü və rəsuluh..." Bu o qədər də dindar olmayan Güləbatın nənəmin səsidir. O uşaq isə mənəm. Sən də dilinə Kəlmeyi-şəhadəti gətir, qurbanın olum!... Nənəm deyəni dönə-dönə təkrarlayıram. Yenə şimşək çaxır. Dünyanı dolduran gur işıq sanki gözlərimdən ürəyimə düşür. Ürəyimdə şimşəkdən də, selləmə yağışın sallanıb gəldiyi nəhayətsiz göylərdən də yüksək bir varlıq duyuram. O Xilaskar içimdəki xofu sellərə qatıb təmizləyir. Ruhuma qəfil yayılan həmin şimşək işığını mən sonradan bir neçə dəfə yaşamışam: Füzulinin "Leyli və Məcnun"unu, Ruminin "Məsnəvi"sini, Hüqonun "Səfillər"ini, Dostoyevskinin "Cinayət və cəza"sını oxuyanda..."

Kəmaləddin Qədim özünün istinad kultunun millilikdən keçdiyini dedi:

"Mənim ədəbiyyatda istinad etdiyim dəyər kultu millilikdir. Hələ Sovetlər Birliyi dönəmindən daha çox milli ruhda yazılmış əsərləri oxuyurdum. Elə indi də belədir... R.Həmzətovun "Mənim Dağıstanım", Ç.Aytmatovun "Əsrə bərabər gün"ündən tutmuş M.Süleymanlının "Köç"ünə, "Dəyirman"ına, Y.Səmədoğlunun "Qətl günü"nə, İ.Hüseynovun "İdeal"ına, Anarın bütövlükdə yaradıcılığına, R.Rzanın, B.Vahabzadənin, M.Arazın, M.İsmayılın və digər milli ruhlu yazarlarımızın yaradıcılıq nümunələrinə qədər..."

Tarix
2016.09.28 / 09:09
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla