Yuxarı

Təhlükəsizlik şefləri Bakıda toplanır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclası keçiriləcək.

Report xəbər verir ki, görüş zamanı iştirakçılar terrora, transsərhəd mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələlərini, MDB məkanında terror təhlükələrinin qiymətləndirilməsi üzrə yanaşmaları müzakirə edəcəklər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəsmi saytının məlumatına görə, görüşdə İŞİD beynəlxalq terror təşkilatı ilə mübarizə aparmaq üçün birgə tədbirlər işlənib hazırlanmasına dair məsləhətləşmələr davam edəcək.

Birliyin Antiterror Mərkəzinin rəhbərinin 2016-cı ilin may-iyun aylarında Belarusda keçirilmiş birgə antiterror təlimlərinin yekunları üzrə hesabatı dinləniləcək.

MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında müşahidəçi qismində bir sıra Avropa ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edəcək.

Tarix
2016.09.28 / 09:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla