Yuxarı

İlham Əliyev Bolqarıstan vitse-prezidenti ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:09

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Azərbaycan-Bolqarıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini deyən dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın dostluq münasibətlərinə əsaslandığını bildirib.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edən Prezident İlham Əliyev qonağın V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirakının önəmini vurğulayıb. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini deyən dövlət başçısı bu yaxınlarda Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə mühüm bir tədbirin keçirildiyini qeyd edərək Bolqarıstan hökuməti, Baş naziri və digər rəsmi şəxslər tərəfindən göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev bu tədbirin ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin göstəricisi olduğunu və yaxın tərəfdaşlığı davam etdirmək niyyətini nümayiş etdirdiyini vurğulayıb.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edərək səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. Qonaq indiki dövrdə beynəlxalq aləmdə mövcud olan gərginlik fonunda Azərbaycanda belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib. Ölkəmizin artıq bir neçə ildir ki, təşkil etdiyi Ümumdünya Mədəniyyətlərarası Forum, Humanitar Forum kimi beynəlxalq tədbirlərin böyük önəm daşıdığını deyən Bolqarıstanın vitse-prezidenti bu tədbirlərin getdikcə daha çox siyasi əhəmiyyət qazandığını vurğulayıb.

Tarix
2016.09.28 / 12:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla