Yuxarı

Prezident Tacikistan nümayəndə heyətini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr palatasının sədri Şukurcon Zuxurovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin uğurlu olacağına və uzun illər davam edən əlaqələrimizin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev bu yaxınlarda Bişkekdə Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşünü və bir sıra məsələlərlə bağlı fikir mübadiləsi apardıqlarını məmnunluqla xatırladıb. Azərbaycan ilə Tacikistan arasında ikitərəfli əlaqələrin çox yaxşı dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını bildirən dövlətimizin başçısı ölkələrimizin bütün məsələlərdə bir-birinə dəstək verdiklərini vurğulayıb. Azərbaycan ilə Tacikistanın uğurla əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. İkitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində də inkişaf etdiyini vurğulayan dövlət başçısı qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.

Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurov Prezident Emoməli Rəhmonun salamlarını dövlətimizin başçısına çatdırıb. O, ümumi tarixi və mənəvi dəyərlərə əsaslanan Tacikistan-Azərbaycan ikitərəfli əlaqələrinin, əsrlər boyu dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Ölkəmizə həm də rəsmi səfərə gəldiyini vurğulayan Şukurcon Zuxurov Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə reallaşan V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistanın dövlət başçısına çatdırmağı xahiş edib.

Tarix
2016.09.28 / 13:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla