Yuxarı

Rus ekspert: “Ərdoğan öldürülsəydi…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çevrilişə cəhd zamanı Ərdoğan öldürülsəydi, ölkədə vətəndaş müharibəsi baş verəcəkdi.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Dmitri Kulikov 15 iyul hərbi çevriliş cəhdinə münasibət bildirərkən deyib.

Analitikin sözlərinə görə, bəzi qüvvələr hələ də Türkiyədə xaos yaratmağı düşünür:

"Bu gün bəzi geosiyasi qüvvələr Yaxın Şərqdə böyük bir xaos yaratmağa çalışır. İraq, Suriya, Liviya və Şimali Afrika bu siyasətin qurbanıdır. Ancaq regiondakı xaos bu ölkələrlə bitməyəcək. Türkiyəni də bu siyahıya qatmaq istəyirlər.

15 iyul dövlət çevrilişinə cəhd bu yolda atılmış bir addım idi. Çevriliş uğurlu olsaydı, Türkiyədə heç kimin təsəvvür etmədiyi hadisələr baş verəcəkdi. Qiyamçılar Ərdoğanı öldürsəydi, vətəndaş müharibəsi başlayacaqdı. Ayrıca, bu ölkədə kürdlər var, böyük toplumları üz-üzə qoymaqla Türkiyə xaos regionuna qatılacaqdı".

Rusiyanın Yaxın Şərqdə xaos regionunun genişləndirilməsinə qarşı çıxdığını deyən ekspert Ankaranın Moskva ilə əməkdaşlığı gücləndirməli olduğunu deyib:

"Rusiya bu siyasətdən imtina edən ölkələr sırasındadır. Çin də bənzər siyasət yürüdür. Moskva hazırda böyük müharibələrin yaranmaması üçün ciddi səy göstərir. Bu gün Türkiyə Suriyada müharibə ilə nəsə qazanmağa çalışırsa, böyük səhv edir. Suriyada böhran həll edilməlidir. Ankara Moskva ilə çalışmalı, onun yanında olmalıdır".

Tarix
2016.09.28 / 11:32
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla