Yuxarı

Pakistanın baş naziri Bakıya gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Federal müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Rana Tanvir Hussain ADEX 2016 ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi və bu sərginin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Pakistanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli və haqlı mövqeyini qəti və prinsipial şəkildə dəstəklədiyini bildirib.

Nazir Elmar Məmmədyarov Pakistanın bu mövqeyinin yüksək qiymətləndirildiyini və yaxın zamanda Pakistanın baş nazirinin Azərbaycana planlaşdırılan səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini qeyd etdi.

Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulandı və digər sahələrdə olduğu kimi, müdafiə və hərbi sənaye sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğu qeyd olunub. Özəl sektor, əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və birgə səylərlə iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.09.28 / 12:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla