Yuxarı

NATO ilk növbədə Ermənistanı vuracaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda yerləşdirilən "İsgəndər"lər NATO-nun ilk hədəfi olacaq.

Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, Ermənistanda sentyabr ayının 21-də hərbi parad zamanı nümayiş olunan "İsgəndər" operativ-taktiki raketləri beynəlxalq siyasi və hərbi ekspertlərin diqqətini yenidən Rusiya və NATO münasibətlərinə yönəldib. Belə ki, beynəlxalq ekspertlərin fikrincə, Ermənistan ərazisində yerləşdirilən "İsgəndər" operativ-taktiki raketləri Rusiyadan NATO təhdidinə qarşı yönəlib.

Cari ilin may ayında Rumıniyanın Deveselu şəhərində yerləşən hərbi bazada NATO-nun "Aegis" yerüstü RMS kompleksinin açılışı və bundan dərhal sonra Polşanın Redzikovo ərazisində analoji RMS komplekslərinin tikintisinə başlanarkən, Moskva bəyan edib:

"NATO-nun Avropada raketdən müdafiə sistemi yerləşdirməsi Rusiyanın milli təhlükəsizliyi üçün təhlükədir və regionda strateji sabitliyi pozacaq.

Bundan sonra Rusiya təhlükəsizlik məqsədi ilə əlaqədar "İsgəndər"lərdən istifadə olunacağına dair NATO-ya xəbərdarlıq edib".

Beynəlxalq ekspertlərin gəldiyi qənaətə görə, bu gün Rusiyanın "İsgəndər" raket sistemlərini Ermənistanda yerləşdirməsi Ermənistana qarşı acıq təhlükə faktoru yaradacaq.

Belə ki, Rusiyanın NATO ilə mümkün qarşıdurma halında NATO-nun ilk hədəfi Rusiyanın raket artilleriya sistemlərini sıradan çıxarmaq olacaq. Bu da Rusiyanın bufer zona seçdiyi Ermənistan ərazisinin hədəf olaraq vurulması deməkdir.

Qeyd edək ki, ermənilərin bu gün regionda əzələ nümayişi hesab etdikləri, lakin özlərinin də bilmədikləri hegemon maraqlara qurban verilmiş ərazilərində mövcud olan "İsgəndər" kompleksi NATO-nun bir nömrəli hədəfi halına gəlib.

Tarix
2016.09.28 / 14:13
Müəllif
Günay Ali
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla