Yuxarı

BAXCP-dən referendum açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Konstitusiyasına dəyişiklərlə bağlı sentyabrın 26-da keçirilən referendum tam legitimdir və Azərbaycan xalqının iradəsini ifadə edir.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı partiyanın referendum münasibəti barədə danışarkən deyib.

Onun sözlərinə görə, BAXCP seçki məntəqələrində minlərlə nümayəndə ilə təmsil olunur:

"Məntələrdə yaranmış seçki növbəsini özümün 50 min izləyicisi olan Feysbuk səhifəmdə də yaymışdım. Son parlament seçkilərində deputatlığa namizəd olmuşam və 26 sentyabrda olan seçki aktivliyi o zaman müşahidə edilməmişdi. Demək olar ki, seçkiyə bütün təbəqənin nümayəndələri qatılırdı".

Niyaməddin Orduxanlı radikal müxalifətin seçki ilə bağlı verdiyi bəyanata da münasibət bildirib:

"Bu, gözlənilən idi. Radikal müxalifət 23 ildir ki, inkarlıq siyasətini aparır. Bütün rənglərə qara deyir. Seçki ilə bağlı özlərinin mətbuat orqanlarında da bir neçə video yayıblar. Həmin videolarda qanun pozuntuları görünür. Bütün bunları Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırılır və baş vermiş neqativ hadisəyə rəsmi münasibət bildiriləcək. Ancaq əlbəttə ki, bir neçə qanun pozuntusu bütövlükdə seçki prosesinə heç bir təsir edə bilməz. Seçki çox yüksək səviyyədə keçirildi. Bunları beynəlxalq müşahidəcilər də öz bəyanatlarında səsləndirdi. Radikal müxalifətin verdiyi bəyanatın heç bir əhəmiyyəti yoxdur".

Tarix
2016.09.28 / 16:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla