Yuxarı

Afrikada rəqsimiz birinci yer tutdu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasında keçirilən "Dance Star" beynəlxalq rəqs müsabiqəsinin seçim mərhələsində yerli "Yurd" ansamblı Azərbaycan rəqslərini təqdim edib.

Azərbaycanın CAR-dakı səfirliyindən Axar.az-a verilən məlumata görə, 21-25 sentyabr 2016-cı il tarixində CAR-ın Pretoriya şəhərində "Dance Star" rəqs müsabiqəsinin dünya turunun Cənubi Afrika üzrə seçim mərhələsi keçirilib. Afrika qitəsinin ən böyük yarışması hesab olunan müsabiqənin seçim mərhələsində səfirliyimizin nəzdində və Yohannesburq şəhərində yaşayan azərbaycanlı xareoqraf Azər Mirzəyevin bədii rəhbərliyi altında fəaliyyət göstərən "Yurd" rəqs ansamblı bir neçə Azərbaycan milli və klassik rəqsləri ilə təmsil olunub.

Cənubi afrikalı solistlərin "Lalələr" mahnısının sədaları altında ifa etdiyi rəqs nömrəsi münsiflər tərəfindən birinci yerə layiq görülüb və 2017-ci ildə Xorvatiyada təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb. Müsabiqədə həmçinin "Min bir gecə" və "Yeddi gözəl" baletlərindən ifa edilmiş parçalar müxtəlif nominasiyalar üzrə mükafatçılar sırasına düşüb.

Qeyd edək ki, "Dance Star" beynəlxalq rəqs müsabiqəsinin 2017-ci ildə keçiriləcək final mərhələsində 55 mindən çox rəqqas 50-dən çox dövləti təmsil edəcək və növbəti dəfə də milli rəqslərimiz "Yurd" ansamblı tərəfindən müsabiqədə uğurla təbliğ olunacaq.

Tarix
2016.09.28 / 17:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla