Yuxarı

Moreyra: "Qarabağı respublika kimi..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 28-də Milli Məclis sədrinin müavini Bahar Muradova Çili Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Moreyranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, qonaqların əlamətdar bir vaxtda Bakıya gəldiklərini vurğulayan Bahar Muradova referendumun məqsədləri barədə danışıb. Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsinə ciddi diqqət yetirildiyini, bu baxımdan müxtəlif sahələri əhatə edən ardıcıl islahatların həyata keçirildiyini bildirib. Bahar Muradova Azərbaycan-Çili əlaqələrinin genişləndirilməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının çox iş görə biləcəyini qeyd edib. Qloballaşan dünyada bütün ölkələrin müasir çağırışlara qoşulmasının vacibliyini vurğulayıb.

Milli Məclisin sədr müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində Çili Senatını haqqı və ədaləti dəstəkləməyə çağırıb. O deyib ki, müasir dünyada sülhün bərqərar olması üçün ölkələrin ərazi bütövlüyü və suverenliyi qorunmalıdır.

Görüşdə nümayəndə heyətinin rəhbəri, Çili Senatında Azərbaycanla dostluq qrupunun sədri İvan Moreyra bildirib ki, Azərbaycan bölgədə vacib ölkədir və biz bu ölkə ilə əlaqələrin intensivləşməsini arzulayırıq. Qonaq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini nəzərə çatdırıb. Qeyd edib ki, Çili Dağlıq Qarabağı respublika kimi tanımır, biz bilirik ki, hazırda Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir. Parlament diplomatiyasının əhəmiyyətini yüksək dəyərləndirən İvan Moreyra qarşılıqlı səfərlərin böyük səmərə verə biləcəyini söyləyib.

Görüşdə Çili Senatının xarici əlaqələr komitəsinin sədri Xorxe Pisaro da fikirlərini bölüşüb.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2016.09.28 / 19:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla