Yuxarı

Nobel mükafatçısı AMEA-da - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat üzrə Nobel mükafatçısı, nigeriyalı yazıçı Vole Şoyinka ilə görüş keçirilib.

AMEA-dan Axar.az-a verilən məlumata görə, vitse-prezident, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görüşdə V.Şoyinkanın mübarizələrdə keçən həyatı və azadlıq eşqilə dolu yaradıcılığı haqqında ətraflı danışıb. V.Şoyinkanın təkcə ilk Nobel mükafatı alan Afrika yazıçısı deyil, ingilis dilində yaranan yeni ədəbiyyatın görkəmli nümayəndəsi olduğunu qeyd edən akademik İsa Həbibbəyli görkəmli yazıçının yaradıcılığının spesifik xüsusiyyətlərindən danışıb. Akademik İsa Həbibbəyli Nobel mükafatçısının əsərlərində Afrikada milli azadlıq hərəkatının dolğun ifadə olunduğunu bidirərək yazıçını həyatı, əsərləri, yaradıcılıq istiqamətləri barədə geniş və əhatəli söhbət açıb.

Sonra akademik İsa Həbibbəyli nigeriyalı yazıçı V.Şoyinkaya xatirə hədiyyələri təqdim edib.

Nobel mükafatı laureatı V.Şoyinka çıxış edərək ədəbiyyat aləmində ilk qələm təcrübələri, eləcə də Afrika ədəbiyyatının özəllikləri, milli azadlıq hərəkatı dövrü və ondan sonrakı ədəbiyyat barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Səhifələrində V.Şoyinkadan da bəhs edilən "Ədəbi Nobel antologiyası" əsərinin müəllifi Nadir Əbdülrəhmanlı, institutun elmi əməkdaşı Şükufə Əliyeva çıxış edərək nigeriyalı yazıçının bədii əsərləri və yaradıcılığı barədə danışıblar.

Yazıçı görüş iştirakçılarının onun yaradıcılığna maraq ifadə edən suallarını cavablandırıb.
Sonda Nizami adına Ədəbiyyat İnstitutuna dəvət olunduğu, ona ədəbiyyatşünas alimlərlə görüşmək imkanı yaratdığı üçün V.Şoyinka akademik İsa Həbibbəyliyə xüsusi minnətdarılığını bildirib.

Sonda görüş iştirakçıları V.Şoyinka ilə xatirə şəkilləri çəkdirib.

Tarix
2016.09.28 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla