Yuxarı

Oqtay Əsədov Şukurcon Zuxurovla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən Axar.az-a verilən məlumata görə, sədr bildirib ki, nümayəndə heyətinin rəsmi səfərinin Bakıda V Humanitar Forumun keçirildiyi dövrə təsadüf etməsi və qonağın bu tədbirdə çıxışının gözlənilməsi təqdirəlayiqdir.

Spiker dost və qardaş Tacikistanla əlaqələrin qədim tarixi köklərə söykəndiyini vurğulayaraq, dostluq ənənələrinin bu gün də davam etdiyini söyləyib:

"Ümidvarıq ki, münasibətlərimizin hüquqi bazasını təşkil edən bu sənədlər iqtisadi əlaqələrimizin inkişafına da imkan yaradacaq".

Şukurcon Zuxurov isə bildirib ki, müstəqillik əldə etdikdən sonra iki ölkə arasında əlaqələrin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük rolu olub:

"Onun səyi nəticəsində əlaqələrimiz daha da möhkəmlənib. Bu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Qonaq Azərbaycanda sentyabrın 26-da keçirilmiş referendumun nəticələrini yüksək dəyərləndirərək, bunun əhalinin ölkə Prezidentinə olan inamının göstəricisi olduğunu deyib.

Tarix
2016.09.28 / 19:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Köçəryan “siyahı hazırlayaq” dedi – Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla