Yuxarı

Azay Quliyev bu iclasa sədrlik edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-da Makedoniyanın paytaxtı Skopye şəhərinə səfər edəcəklər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, sessiya çərçivəsində "ATƏT regionunda etimadın qurulması tədbirlərinin və yaxşı idarəetmənin gücləndirilməsi" adlı Parlament Konfransı keçiriləcək.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev sessiyanın "ATƏT regionunda yaxşı idarəetmə iqtisadi inkişafın möhkəmləndirilməsinin zəmini kimi" adlı toplantısına sədrlik edəcək. Konfransda "Cənub-Şərqi Avropada demokratik institutların və insan haqlarının inkişaf etdirilməsi: bu fəaliyyətdə ATƏT-in rolu" və "Beynəlxalq miqrasiyanın idarə edilməsi əsasında insan haqlarının inkişafı" mövzularında da müzakirələr aparılacaq. Sessiya ərzində, həmçinin, Aralıq dənizi Forumu keçiriləcək. Forum iştirakçıları bir sıra aktual məsələlərlə bağlı fikirlərini bölüşəcəklər. Deputatlarımız qeyd olunan toplantılarda fəal iştirak edərək müzakirəyə çıxarılan məsələlərlə bağlı rəy və təkliflərini bildirəcəklər.

Səfər zamanı millət vəkili Azay Quliyev ATƏT PA-nın daimi komitəsinin iclasında da iştirak edəcək. Yığıncaqda beynəlxalq katibliyin daxili islahatlar vasitəsi ilə gücləndirilməsi, beynəlxalq katiblik tərəfindən üzvlərin dəstəklənməsi, digər tərəfdaşlarla əməkdaşlığın qurulması məsələləri və gələcək tədbirlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər oktyabrın 3-də başa çatacaq.

Tarix
2016.09.28 / 20:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla