Yuxarı

Kamal Abdulla amerikalı konfessiya rəhbərləri ilə - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Los-Ancelesdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Kamal Abdullayev V Bakı Beynəlxalq Humanitar Forumunun çox böyük mənəvi anlam daşıdığını bildirib: "Bu gün biz Avropada multikulturalizmin iflasa uğradığının şahidi oluruqsa, Azərbaycanda bunun tam əksi ilə qarşılaşırıq. Multikulturalizm Azərbaycana xalqına əsrlərlə xas olan bir dəyərdir".

Xristian Lüteran Kilsəsinin yepiskopu Xuan Karlos Mendes dünyada gərginliyin və münaqişələrin davam etdiyi bir vaxtda multikulturalizm siyasətinin önə çəkilməsinin, Azərbaycan multikulturalizmi fənninin Avropa və Asiya universitetlərində tədrisinin çox diqqətəlayiq olduğunu bildirib.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaçlıq perspektivləri müzakirə edilib.

Tarix
2016.09.28 / 21:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla