Yuxarı

Yaponiyada osmanlı sikkələri tapıldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada Orta Əsrlər qalasında Roma və Osmanlı imperatorluğuna aid sikkələr tapılıb.

Axar.az xəbər verir ki, arxeoloqlar sikkələrin Yaponiyaya necə gəlməsi haqqında, hələ ki, bir nəticəyə gəlməyiblər.

Sikkələr X-ray texnologiyası ilə incələnib. Bu incələmələr nəticəsində tapıntıların həqiqiliyi təsdiqlənib. Sikkələrin üzərindəkilər oxunmasa da, pulların üstündə imperator I Konstantin və mizraq tutan bir əsgər olduğu təxmin edilir.

Osmanlı sikkələrinin üzərində 1897 yazılıb, Roma sikkələrinin isə 300-400-cü illərə aid olduğu vurğulanıb.

Qanqoji Məbədi Mədəniyyət Abidələri bölümündən Toşio Tsukomoto kəşfi haqda danışarkən deyib:

"Buraya yapon samuraylarının zirehlərini incələmək üçün gəlmişdim. Gəzərkən sikkələri gördüm. Əvvəllər Misir və İtaliyada qazıntılarda iştirak etmişdim və bir çox antik Roma sikkəsi görmüşdüm. Buradakı sikkələri də həmin an təşhis edə bildim".

Okinava Beynəlxalq Universitetində işləyən arxeoloq Hiroyuki Miyaqi isə sikkələrin zarafat olduğunu düşünüb:

"Kasturen qalasında Roma imperatorluğu dövrünə aid sikkələr tapıldığına inanmadım. Bu sikkələrin türistlərin itirdiyi saxta sikkələr olduğunu düşündüm".

Qeyd edək ki, arxeoloqlar Okinavada yerləşən Katsuren qalasında arxeoloji qazıntılar aparırlar. 12-15-ci əsrlərdə aktiv olan qala YUNESKO Dünya Mirası siyahısında yer alır.

Tarix
2016.09.28 / 21:40
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla