Yuxarı

Oqtay Əsədov dövlət katibi ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov Bakıda keçiriləcək V Humanitar Forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının dövlət katibi Gülsara Abdıkalikovanı qəbul edib.

Parlamentdən Axar.az-a verilən məlumata görə, spiker bildirib ki, Bakıda Humanitar Forumun keçirilməsi artıq bir ənənə halı alıb.

Sədr görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrindən söz açaraq, dövlət başçılarımızın səyi nəticəsində münasibətlərimizin yüksək səviyyədə olduğunu bildirib: "Azərbaycan xalqı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və ölkəmizin haqlı mövqeyini müdafiə etməsini yüksək dəyərləndirir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyət göstərirlər".

Qazaxıstan Respublikasının dövlət katibi Gülsara Abdıkalikova ölkəsinin Azərbaycanı bölgədə özünün əsas tərəfdaşı hesab etdiyini söyləyib. O qeyd edib ki, yaxın vaxtlarda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana növbəti səfəri gözlənilir. Səfər çərçivəsində müzakirə olunacaq məsələlər əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək. Qazaxıstanda 10 mindən çox azərbaycanlının yaşadığını və burada Azərbaycanla Dostluq Mərkəzinin fəaliyyət göstərdiyini söyləyib. Bildirilib ki, budəfəki seçkilərdə ölkə parlamentinə azərbaycanlıların nümayəndəsi də seçilib: "Qazaxıstan gələcəkdə Azərbaycanla əlaqələrini daha da dərinləşdirmək niyyətindədir".

Tarix
2016.09.28 / 21:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla