Yuxarı

Qriqorçuk: "Çətin olacaq"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Uiks və Nika oynamayacaq. Başqa hər cəhətdən hazırıq.

APA-nın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" sabah "Maynts"ı qəbul edəcək. Ev sahiblərinin ukraynalı çalışdırıcısı matçdan öncə keçirilən mətbuat konfransında bunları deyib: "Başa düşürük ki, şansımız var. Əminlik var. Bundan bacardığımız qədər istifadə etməyə çalışacağıq".

- Rafael Santosu hesabdan silmisizmi? Bir də Uiks və Kvekveskirinin yoxluğunda onların mövqeyində kimləri oynadacaqsız?

- Mən razılaşmıram ki, Rafael Santosu hesabdan silmişik. O, çox vacib oyunlarda da iştirak edib. Santos bizim üçün lazımlı oyunçudu. Bunu nəzərinizə çatdırmaq istəyirəm. Yarımmüdafiə xəttində Nika Kvekveskiri və Teo Uiks oynamayacaq. Bu mövqedə yeni transfer Franyiçi oynada bilmərik. Çünki o, cinah futbolçusudu. O ki qaldı Franyiçin adaptasiyasına, hər şey qaydasındadı, işləri yaxşı gedir.

- "Maynts"ın Avroliqada qarşılaşdığınız digər rəqiblərdən fərqi nədədi?

- "Maynts"ı digər rəqiblərlə müqayisə etmək istəmirəm. "Qəbələ" çox ciddi komandadı. İstənilən rəqiblə qarşılaşmada şansımız var. Sadəcə, özümüzün ən yaxşı oyununu göstərməliyik. Hər bir futbolçu meydanda bütün bacarığını göstərməlidi. Onda bizim qələbə şansımız yaranar. "Maynts"a gəlincə, çox güclü komandadı. Düşünmürəm ki, onlar bizimlə matçda heyətdə eksperimentlər edəcəklər. Xeyr. Məncə, bizə qarşı ən güclü heyətlə oynayacaqlar. Müşahidəmə əsasən deyirəm ki, Avroliqa güclü çempionatların komandaları üçün də maraqlıdı. Onlar da çalışırlar ki, əsas heyətləri ilə çıxış etsinlər. "Borussiya"nın "Qəbələ" ilə hər iki oyununu xatırlatmaq istəyirəm. Onlar bizə qarşı əsas heyətləri ilə oynamışdılar.

- Rəqibin ən güclü cəhətlərini bizə açıqlaya bilərsizmi?

- Ən üstün cəhətləri fiziki gücləridi. Çox sürətli və cəlddilər. Uzun ötürmələrdən tez-tez istifadə edirlər. Oyunçuları boş mövqeyə açılmağı yaxşı bacarırlar. Meydanda sona qədər mübarizə aparırlar. Başa düşürəm ki, bu cür komandaya qarşı oynamaq bizim üçün çətin olacaq. Əks-hücuma da sürətli çıxa bilirlər. Çox aqressiv oynayırlar. Fərdi cəhətdən güclü futbolçulara sahibdilər. Bax, "Maynts"ın güclü xüsusiyyətləri bunlardı.

- Yağışlı hava ilə əlaqədar meydançanın ot örtüyü yenidən yararsız hala düşə bilərmi? Bu, sizi narahat edirmi?

- Meydança yenidi. Bu barədə nəsə demək mənim üçün çətindi. Meydanın sabah necə olacağını bilmirəm. Təbii ki, aramsız yağış davam etsə, meydanın vəziyyəti ağırlaşacaq. Düşünürəm ki, bununla əlaqədar hücum mövqeyimizdə müəyyən dəyişikliklər edə bilərik.

- "Qəbələ" daxili çempionatda topa daha çox sahib olur. Avroliqada isə əksinə, müdafiəyə meyilli komanda təsiri bağışlayır. Bununla bağlı nə deyə bilərsiz?

- Düşünməyin ki, biz çempionatda hücum edirik, Avroliqada müdafiə olunuruq. Biz həmişə istəyirik ki, hücum edək. Sadəcə, Avroliqada rəqiblərimiz çox güclü olur, bu səbəbdən istədiyimizi tam edə bilmirik. "Anderlext" və "Maynts" kimi komandalar olduqca güclü rəqibdilər. Biz onlarla matçlarda da öz oyun fəlsəfəmizdən dönmürük. Sadəcə, rəqib işimizi çətinləşdirir.

- "Maynts"ın heyətində ən bəyəndiyiniz futbolçu kimdir?

- Mənə hansısa futbolçunu fərqləndirmək çətindi. "Maynts"ın heyətində çox yaxşı oyunçular toplaşıb. Bəziləri daha yüksək səviyyəyə malikdilər. Onların fiziki hazırlıqları xüsusən seçilir. Oyun intellektləri də yüksəkdi, yəni taktiki planda da özlərini yaxşı tərəfdən göstərirlər.

- Son vaxtlar Baqali Dabonun "ayağı açılıb". Sabah onun üçün xüsusi tapşırıq vermisizmi?

- Düşünmürəm ki, rəqibin müdafiəçiləri ona xüsusi diqqət yetirəcəklər. Rəqibin oyunlarına baxmışıq, onların boşluqlarını aşkar etməyə çalışmışıq. Ümid edirik ki, "Maynts" sabah həmin boşluqları buraxacaq. Dabo da bunları bilir və ondan istifadə etməyə çalışacaq.

Tarix
2016.09.28 / 22:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla