Yuxarı

FHN 17 nəfəri xilas etdi Foto/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:13

Respublika ərazisində yağan leysan yağışları ilə əlaqədar paytaxtın bəzi küçələrini subasma olub. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları texnikanın köməyi ilə suçəkmə işləri aparır.

Axar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərərgahının əməliyyat növbətçisi, daxili xidmət polkovnik-leytenantı Yaşar Abbasov jurnalistlərə müsahibəsində bildirib ki, yağmurlu hava şəraiti ilə əlaqədar Bakı şəhərinin müxtəlif rayonlarında və ərazilərində subasmalar olub. FHN-in 101 və 112 xidmətlərinə daxil olan zənglərə əsasən hazırda nazirliyin 20-dən artıq texnikası bu ərazilərdə suçəkmə işləri ilə məşğuldur. Bizim xidmət vətəndaşların müraciətlərinə əsasən hara lazım olarsa ora texnika cəlb olunmasına hazırdır.

01:00

Sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla 17 nəfər xilas edilib.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır.

Tarix
2016.09.29 / 01:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla