Yuxarı

40 minlik ordu üzü Mosula - Əməliyyatın detalları

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama Mosul şəhərinin İŞİD-dən azad edilməsi üçün İraqa əlavə 600 hərbçi göndərməyə qərar verib.

Axar.az xəbər verir ki, bu hərbçilər İraq ordusuna təlim və planlama sahəsində dəstək verəcək. Onlar arasında xüsusi təyinatlıların olub-olmayacağı isə dəqiq bilinmir.

İraqın Baş naziri Heydər Abadi ABŞ mətbuatında yayılan xəbərlərə münasibət bildirib. O, ABŞ qüvvələrinin Mosulun azad edilməsində çox önəmli fiqur olacağını bildirib.

Qeyd edək ki, ABŞ Müdafiə naziri Eşton Karter bir nüçə gün əvvəl verdiyi açıqlamasında Mosulun İŞİD-dən alınması üçün rəsmi Bağdada hər cür yardım ediləcəyini demişdi.

Pentaqonun açıqlamalarına görə, hazırda ABŞ-ın İraqda 4600 hərbçisi var.

ABŞ-dan əlavə beynəlxalq koalisiya qüvvələrinin də İraq ordusuna dəstək verəcəyi gözlənilir.

Əməliyyatlara türkmanların taleyi baxımından Türkiyə də qatılmaq istəyir. Lakin Başika qalmaqalından sonra İraq Türkiyənin əməliyyatlarda iştirakına isti baxmır.

Mosulun İŞİD-dən təmzilnməsi üçün 15 min yerli döyüşçü əməliyyatlara cəlb ediləcək. Onlar əməliyyatlar bitdikdən sonra şəhəri tərk etməyəcək, buradakı təhlükəsizlikdən cavabdeh olacaq.

İraq ordusundan isə 20-25 min hərbçinin Mosul əməliyyatında iştirakı gözlənilir.

Qeyd edək ki, hazırda Mosul şəhərində 2 milyon əhali yaşayır. Əməliyyatlar zamanı əhali şəhəri tərk etsə, ciddi problemlər yaşanacaq. Mərkəz böyük insan köçü yaşanmasını istəmir. Bu səbəbdən Mosul üçün fərqli plan cızılıb.

Tarix
2016.09.29 / 10:21
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla