Yuxarı

Azərbaycan vergi-büdcə siyasətini sərtləşdirir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hökuməti ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozuna uyğun olaraq, maliyyə siyasətinin həyata keçirilməsi üçün 2017-ci ildə büdcə-vergi siyasəti üzrə reallaşdırılması nəzərdə tutulan tədbirləri açıqlayıb.

APA xəbər verir ki, qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, dövlət büdcəsinə hesablanmış vergilərin və sair daxilolmaların yığım faizinin artırılması, əvvəlki illərdən qalmış vergi borclarının dövlət büdcəsinə alınması, sadələşdirilmiş verginin tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi, digər dövlətlərlə ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının sadələşdirilməsi, nizamnamə fondunda və yaxud səhmlərində dövlətin payı olan müəssisələrdə müvafiq təhlillər aparmaqla həmin paylara görə dövlət büdcəsinə dividendlərin alınması istiqamətində işlərin davam etdirilməsi, hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə yığım faizinin artırılması istiqamətində işlərin davam etdirilməsi, ölkənin şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması üçün həmin ərazilərdə faktiki fəaliyyət göstərən ödəyicilərin vergiləri hesabına maliyyə yardımının (dotasiyanın) azaldılması istiqamətində işlərin davam etdirilməsi, gömrük tarifləri sisteminin daha azpilləli sistemə keçidinin təmin edilməsi üçün işlərin davam etdirilməsi, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması nəzərdə tutulan tədbirlərdəndir.

Bununla yanaşı, müdafiə olunan xərc maddələri istisna olmaqla, digər xərc maddələri üzrə fiskal yığcamlaşdırma siyasətinin və dövlət sektorunda xərclərin səmərəliliyinin artırılması istiqamətində işlərin davam etdirilməsi, dövlət borclarının idarə olunmasında səmərəliliyin daha da artırılması, dövlət zəmanəti ilə kredit alan təşkilatların maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsi, xarici borc alan dövlət müəssisələrinin təsərrüfat fəaliyyətlərində şəffaflığın artırılması, idarəetmə sisteminin yenidən qurulması və struktur dəyişikliklərinin həyata keçirilməsi, götürdükləri öhdəliklərin icrasının vaxtında təmin edilməsi üçün dövlət zəmanəti əsasında kredit vəsaitlərini cəlb edən dövlət müəssisələrinin rəhbərlərinin qanunvericiliklə məsuliyyətinin artırılması nəzərdə tutulub.

Bundan başqa, dövlət və icmal büdcə kəsirlərinin idarə olunan səviyyədə saxlanılmasına nail olunması, ortamüddətli perspektivdə qeyri-neft icmal büdcə kəsirinin qeyri-neft ÜDM-də nisbətinin makroiqtisadi sabitlik məqsədlərinə cavab verən həddə çatdırılması, dövlət borcunun idarəolunması üzrə orta və uzunmüddətli strategiyanın hazırlanması, bu strategiyada makroiqtisadi və fiskal çərçivə nəzərə alınmaqla dövlət borcunun cəlb olunması, idarə olunması siyasəti və ümumi borc və borcun strukturu üzrə meyarların (bençmarkların) təsbit olunması, dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətində təsirli tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Tarix
2016.09.29 / 16:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla