Yuxarı

Eks-prezident: “Bakı Forumunu dəstəkləyirəm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Humanitar Forumu həlli tələb olunan qlobal məsələlərin müzakirəsi üçün önəmli platformadır. Forumun təşkilatçılığı yüksək səviyyədədir. Mən hər zaman bu Forumu dəstəkləyirəm. Dünyada baş verən qlobal böhran, ekstremizm təhdidləri, terror və digər problemlər fonunda belə bir tədbirin keçirilməsi olduqca təqdirəlayiqdir.

Axar.az xəbər verir ki, bu fikirləri V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç AzərTac-a müsahibəsində səsləndirib.

S.Mesiç deyib: "Bakı Beynəlxalq Humanitar Forumu məhz bir yerə toplaşıb vəziyyətdən çıxış yolları axtarmağa, problemlərin həllini tapmağa şərait yaradır. Bu mənada forum böyük əhəmiyyətə malikdir. Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması kimi aktuallıq kəsb edən məsələlər müzakirə olunur".

Stepan Mesiç Azərbaycanda multikulturalizmin inkişaf etdiyini, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Sabiq prezident Xorvatiya və Azərbaycanın iqtisadi və mədəni sahədə əməkdaşlığı genişləndirməyə çalışdığını və buna nail olduqlarını məmnunluqla qeyd edib.

Tarix
2016.09.29 / 18:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla