Ana səhifə Gündəm |
19:07
Sentyabrın 30-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Novxanı", Ağdaş magistral qaz kəmərləri sahəsinin "Yaqublu", Ağdam magistral qaz kəmərləri sahəsinin "Qaradəmirçi" və Qazax magistral qaz kəmərləri sahəsinin "Şəmkir" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
SOCAR-dan Axar.az-a bildirilib ki, təmir müddətində Abşeron rayonunun Novxanı qəsəbəsinin, həmçinin Şəmkir rayonunun Dəllər, Zəyir və Cırdaxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Şəmkir şəhərinin, eləcə də Bərdə və Oğuz rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
20:31
Bakının Nizami rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, aşkar olunmuş qaz sızmasının ləğv olunması və payız –qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparıldığından, sentyabrın 30-da saat 09:00-dan 18:00-dək Nizami rayonunun 8-ci kilometr qəsəbəsi və ətraf ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlərin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Tarix
2016.09.29 / 20:31
|
Müəllif
Axar.az
|