Yuxarı

Leyla Əliyeva: "Azərbaycan ideyalar məkanına çevrilib"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qədim adət ənənələrə malik ölkədir. Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz Şərq müdrikliyi ilə Qərbin mütərəqqi ideyalarını bir araya gətirir.

APA-nın məlumatına görə, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Mikayıl Cabbarovun moderatorluğu ilə keçirilən panel müzakirəsi zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) təsisçisi və rəhbəri Leyla Əliyeva "Davamlı inkişaf və ekoloji sivilizasiya" mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan tolerantlıq, dialoq və yeni ideyalar məkanına çevrilib: "Azərbaycanın unikal coğrafi mövqeyi onun təbiətinə də təsir edir, ölkəmiz təbiətinin müxtəlifliyi ilə də seçilir. 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur. Mən gənclər və vətəndaş cəmiyyətləri adından ətraf mühit məsələləri ilə bağlı bir sıra layihə irəli sürmüşəm. Ekoloji məsələləri həll etmədən davamlı inkişafı təmin etmək mümkün deyil.

Biz IDEA kampaniyası irəli sürmüşük. Bu kampaniyaya Azərbaycanla yanaşı, digər ölkələrin də gənclərini cəlb etmişik".

Bir çox layihələrə imza atdıqlarını qeyd edən L. Əliyeva müsbət nəticələr əldə olunduğunu bildirib: "Minlərlə ağac əkmişik, nəsli tükənməkdə olan heyvanların qorunmasını təmin etmişik, gənc rəssamların sərgilərini təşkil etmişik, onların ekoloji mövzuda rəsmlərinin təqdimatını keçirmişik".

L. Əliyeva qlobal ekoloji məsələlərin əsrlər boyu diqqətdən kənarda qaldığını diqqətə çatdırıb: "Bu isə bütün planetə zərərlidir. Ekoloji sivilizasiya konsepsiyasının inkişafı bizim üçün vacibdir. Ətraf mühitlə bağlı tədbirlərin çərçivəsi olmur. Bu, bütün ölkələr üçün vacib təşəbbüslərdir. Bəzən təbiətə bilərəkdən zərərlər vurulur. Biz yubanırıq və vaxt bizim xeyrimizə işləmir. Qaçaqmalçılar tərəfindən hər 15 dəqiqədə bir fil öldürülür. Meşə və bitki aləminə ciddi zərər vurulur. Bunun qarşısının alınması istiqamətində dünyanın bir çox yerində mühüm addımlar atılır. Mən şadam ki, ətraf mühit qoruyucuların səylərin sayəsində panda ayılarının sayı artıb, onlara olan təhlükə aradan qaldırılıb. Azərbaycanda da ceyranların artırılması üzərində çalışırıq. Biz balıq ehtiyatlarının artırılmasına da diqqət yetiririk. Nərə balığının tükənməsi ilə bağlı təhlükənin aradan qaldırılması niyyətindəyik".

O qeyd edib ki, dünyada 120 milyon insanın humanitar yardıma ehtiyacı var: "Bu, tək humanitar deyil, həm də inkişaf böhranıdır. Bu il davamlı kənd təsərrüfatı inkişafı tədbirləri görmək əzmindəyik. Bu, inklüziv cəmiyyətlərin inkişafına da dəstək göstərə bilər. Biz əlimizdən gələni etməliyik ki, heç bir uşaq acından ölməsin və qidasızlıqdan əziyyət çəkməsin. Biz yalnız əl-ələ verərək bunun öhdəsindən gələ bilərik".

Tarix
2016.09.29 / 18:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla