Yuxarı

Mənə şillə vurdu - Xalq artistinin həyat yoldaşı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti ilk dəfə ailəsi ilə birlikdə efirə çıxıb.

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan xalq artisti Ramiz Novruz maraqlı açıqlamalar verib.

Xalq artisti, həyat yoldaşı ilə tanış olması haqda danışıb:

"Yoldaşımla eyni məktəbdə oxumuşuq. Məktəbdə tamaşalar qururduq. Mən də həmin tamaşalarda iştirak edirdim. Yoldaşım da orada mahnılar oxuyurdu. Orada tanış olduq onunla".

Tanınmış aktyorun həyat yoldaşı Xoşavaz Novruzova evlilikləri barədə maraqlı xatirələrini bölüşüb, ilk dəfədir ki, efirə çıxdığını bildirib:

"Universitet üçün fotoşəkil lazım idi. Şəkil çəkdirəndə fotoqraf mənə dedi ki, simanız çox gözəldir, bir foto da vitrin üçün çəkəcəm. Razılıq verdim. Evə qayıdıb gələndə Ramiz məndən şəkilin taleyini soruşdu. Vitrin üçün şəkil çəkdirdiyimi dediyim anda qulağımın dibindən bir şillə vurdu. Elə pərt oldum ki! Məni qabağına saldı, getdik fotoqrafın studiyasına. Bütün şəkilləri alıb qayıtdıq".

Ailəsinin efirə çıxması xalq artisti üçün sürpriz olub. O, efirdə təəccübünü gizlədə bilməyib.

Tarix
2016.09.29 / 20:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla