Yuxarı

Onun xatirə gecəsi keçirildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında poeziyamızın görkəmli nümayəndəsi, Xalq Şairi Qabil İmamverdiyevin (Qabil) anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Axar.az xəbər verir ki, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları unudulmaz şairin şeir kitablarının nümayiş olunduğu sərgi ilə tanış olublar. Daha sonra şairin keçdiyi ömür yolunu əks etdirən fotoslayd təqdim edilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Qabilin həyat və yaradıcılığından söz açıb.

Qeyd olunub ki, Qabilin lirik, epik şeirləri və poemaları geniş oxucu marağına səbəb olub. Şairin şeirləri həmişə aktualdır, bu səbəbdən də oxunur, əzbərlənir, ən mötəbər tədbirlərdə qiraət ustaları tərəfindən şövqlə səsləndirilir.

Nazir müavini vurğulayıb ki, Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə həmahəng olub. Həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir. Bildirilib ki, daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.

Qeyd edilib ki, Bakıda anadan olan şairin müxtəlif vaxtlarda "Azərbaycan jurnalı" redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində çalışıb. Şair yazdığı "Səhv düşəndə yerimiz", "Bakılı", "Çörək", "Təmizlik", "Gülləbaran eylədilər", "Nəsimi bazarında", "Dağlar", "Azərbaycan torpağı", "Göy göl", "Mübarəkdir Qız qalası", "Məhəbbət deyil", "Küləkli havalarda, "Yağışlı havalarda", "Türkün qəbri", "Ümid sənədir ancaq", "Gedən yerim olaydı", "Əslində", "Sənə qurban" kimi qeyri-adi şeirləri və "Nəsimi" kimi fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb. O, 2007-ci il aprelin 4-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Qabilin Azərbaycan poeziya tarixindəki xidmətlərindən danışıb. Deyib ki, o, azad söz sahibi olmaqla yanaşı, hər zaman xalqını, millətini sevib və dərdinə şərik çıxıb. Şairin həqiqətə, düzgünlüyə, obyektivliyə üstünlük verdiyini deyən natiq onun əsl vətəndaş mövqeli insan olmaqla yanaşı, təəssübkeş olduğunu da qeyd edib.

Diqqətə çatdırılıb ki, uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

Gecədə çıxış edən şairin qələm dostları onun həyat və yaradıcılığından, Azərbaycan poeziyasına bəxş etdiyi dəyərli töhfələrdən danışaraq xatirələrini bölüşüblər.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.

Tarix
2016.09.29 / 21:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla