Yuxarı

Onlar sanki uçurdular - Roman Qriqorçuk

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Maynts" bütün komponentlərdə bizdən üstün idi. Topla hərəkətləri əla idi, yüksək fiziki göstəriciləri var.

APA-nın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Maynts"ı qəbul edən "qırmızı-qaralar" Bakıdan 2:3 hesablı məğlubiyyətlə ayrılıblar.

Matçdan sonra mətbuat konfransı keçirən Qriqorçuk bunları deyib: "Oyundan əvvəl də demişdim ki, arxayınlaşmaq olmaz. Rəqib bu gün qladiator kimi döyüşdü. Mənim futbolçularım da əllərindən gələni etdilər. Oyundan sonra onları təriflədim. Məyus olmağa dəyməz. Qarşımızdakı rəqib "Maynts" idi. Yaxşı ki, bu cür oyunlar keçiririk və əsl gücümüzü bilirik. Belə oyunlar çox olmalıdı. Şəxsən mən uduzduğumuza görə üzülmürəm. Çünki üzülmək mənasızdı".

- Oyunda çətin məqamlarda ehtiyat oyunçular skamyasına baxanda nə düşündünüz?

- Rəqibin əvəzetmələrindən sonra oyun daha da sürətləndi. Bu da hesabın dəyişməsində rol oynadı. Mən hər şeyi başa düşürəm. Bilirdim ki, rəqibin yüksək səviyyəli futbolçuları daha çoxdu. Oyunun təhlilini aparacağıq. Komanda bu cür matçlarda necə kompakt oynamalıdı, onu bilməliyik. Hələ çox şey öyrənməliyik. İrəli doğru addımlayacağıq.

- Buraxılan qollarda konkret günahkarlar kimlər idi?

- Buraxılan qolda həmişə kiminsə səhvi olur. Müdafiə elə bir mövqedi ki, orda kompakt oynamalısan. Müdafiə olunanda bütün komanda iştirak edir. Biz bunu həmişə təhlil edirik. Kimisə günahlandırmaq istəmirəm. Məsələyə real yanaşmaq lazımdı. Mənfi tərəfləri axtarmıram. Bu gün futbolçularım 2 oyunun ağırlığını qaldırdılar. Rəqibin oyunçuları meydanda sanki "uçurdular". Bununla ayaqlaşmaq olduqca çətindi. Bugünkü matçın xüsusi göstəricilərinə baxmadan deyə bilərəm ki, Filip Ozobiç hər iki komandanın üzvlərindən çox qaçıb. Futbolçularıma bir daha "afərin" deyirəm.

- Teo Uiks və Nika Kvekveskiri olsaydı, "Qəbələ" fərqli oyun sərgiləyə bilərdimi? Bir də bu cür oyundan sonra çempionatda "Qarabağ"la qarşılaşmaq çətin olmayacaq?

- İmkanlarımızı bilirik. Avroliqada çıxış edən komanda 2 güclü heyətə sahib olmalıdı. Təbii ki, Uiks və Nikanın yoxluğu bizim üçün ciddi itki idi. Onlar komandanın aparıcı üzvləridi. Dayaq yarımmüdafiəsində Vitali Vernidubu oynatdıq. Başa düşürük ki, onu həmin mövqedə oynatmaqla artıq nəyisə itiririk. Ümumilikdə, oyunu yaxşı keçirdik. "Qarabağ" da bizim kimi Avroliqada çıxış edir. Odu ki, hər iki komandanın vəziyyəti eyni olacaq. Təəssüf ki, bu gün meydanın vəziyyəti çox yaxşı idi (gülür). İşçilər çox yaxşı çalışıblar. Topu itirəndə üstümüzə sanki tayfun gəlirdi (gülür).

Tarix
2016.09.29 / 22:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla