Yuxarı

Elmar Məmmədyarov vitse-spikerlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan və Argentina arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. Siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əzmlərini ifadə ediblər.

Patrisia Ximenez Bakıda keçirilən beşinci Beynəlxalq Humanitar Foruma dəvət olunduğu üçün təmsil etdiyi qurum adından təşəkkürünü bildirib. O, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi üçün ideal məkan olduğunu vurğulayıb.

Elmar Məmmədyarov müasir aktual problemlərin birgə səylərlə həll edilməsi, humanitar əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu elmi-siyasi platforma kimi Bakı Humanitar Forumunun əhəmiyyəti haqda danışaraq, Forumda daha çox müraciət olunan müxtəlif sivilizasiyalar, mədəniyyətlər və dini konfessiyalar arasında dinc birgə yaşama, multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsi kimi məsələlərdə Azərbaycanın dünyaya nümunə olduğunu bildirib.

Görüşdə, həmçinin dini zəmində baş verən münaqişələr, terrorizmə qarşı mübarizə kimi məsələlər də müzakirə olunub.

Tarix
2016.09.29 / 23:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla