Yuxarı

Vergidən yayınan iş adamları həbs edildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hökuməti vergidən yayınma işi üzrə ilk həbsləri həyata keçirib.

Axar.az "vergiler.az" saytına istinadla bildirir ki, almaz ticarəti edən və "HSBC" bankının İsveçrə şöbəsində bəyan edilməmiş hesabları olan dörd nəfər artıq həbsxanaya salınıb.

Bu dörd israilli öz ölkəsinin vergi orqanına məlumat vermədən "HSBC" bankındakı hesaba 100 milyon şekelə yaxın (16,11 milyon funt sterlinq) pul vəsaiti qoymaqda ittiham olunur. Təl-Əviv məhkəməsi onların zaminə buraxılmasına razılıq verib.

Lakin saxlanılan şəxslərin dördü də onlara qarşı irəli sürülmüş ittihamı rədd edir.

Qeyd edək ki, İsrail qanunu İsveçrə bankında hesab açmağa yol versə də, bu zaman müvafiq orqanlara məlumat vermək və vergiləri ödəmək əsas şərtdir. İsrailin vergi orqanları 2015-ci ildən bəri "HSBC" bankında hesabı olan vətəndaşların siyahısını əldə etmək üzərində iş aparırlar.

Tarix
2016.09.29 / 23:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla