Yuxarı

"İki lisenziya uğrunda mübarizə aparacağıq"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Triatlon Federasiyası (ATF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda yığma komandanın cari mövsümdə qazandığı nəticələr, gənclərdən ibarət komandanın işində irəliləyiş, respublikada triatlonun inkişafı, habelə gələn il üçün planlar müzakirə edilib.

ATF-nin prezidenti Azər Məhərrəmov qeyd edib ki, başa çatmaqda olan mövsüm hər mənada tarixi mövsüm olub. O deyib: "Azərbaycanın triatlon idmanı ilk dəfə Olimpiadada təmsil olunub. Bu nailiyyətə görə biz hamımız fəxr edirik. Bu, gələcəkdə daha yaxşı nəticələrə ümid etməyə əsas verir. Yığma komandanın lideri Rostislav Pevtsov Dünya Kuboku mərhələlərində, həmçinin Şatoruda sprint üzrə Avropa çempionatında medallar qazanıb, Rioda keçirilən Yay Olimpiya Oyunlarına lisenziya alıb və orada debüt edib. Təbii ki, yeni dövrədə başqa idmançılarla yanaşı, ona da böyük ümid bağlayırıq. Kseniya Levkovskaya Tartuda keçirilən Avropa Kubokunda gərgin rəqabət mübarizəsində bürünc medal qazanıb".

Gənclərdən ibarət yığmanın baş məşqçisi Lev Medvedev perspektivli idmançıların, xüsusən Darina Moskalenkonun çıxışını ayrıca qeyd edib. Mütəxəssis deyib: "Darina bu il iki dəfə yuniorlar arasında Avropa Kubokunun mükafatçısı olub və inkişafını davam etdirir. Builki mövsüm onun yunior kimi çıxış etdiyi son mövsüm olub. Gələn ildən yaşlılar kateqoriyasında çıxış edəcək Darina perspektivdə yaşı 23-ə qədər olan idmançılar arasında Avropa çempionatında çıxış edə bilər".

Qeyd edilib ki, yeni olimpiya dövrəsində D.Moskalenko olimpiya lisenziyası uğrunda mübarizə apara bilər, xüsusən ona görə ki, ATF Tokioda iki triatletlə təmsil olunmağı planlaşdırır.

ATF-in baş katibi Cavad Axundzadə Azərbaycanda triatlon idmanının inkişafından söhbət açaraq deyib: "Bizim bir neçə perspektivli idmançımız var. Onlara ümidimiz çoxdur. Bundan əlavə seleksiya işi aparılır. Əlbəttə, triatlon idmanın spesifik növüdür. Burada qısa müddətdə yüksək nəticələrə nail olmaq mümkün deyil, ona görə də idmanın bu növünün populyarlaşdırılması Azərbaycan tiratlonunun gələcək uğurlarının rəhni ola bilər".

Tarix
2016.09.30 / 00:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla