Yuxarı

Bakı Bolqarıstanla memorandum imzaladı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 29-da Bakıda keçirilən Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) ilə Bolqarıstanın Limanlar İnfrastrukturu Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Müqaviləni Bakı Limanının baş direktoru Taleh Ziyadov və Bolqarıstanın Limanlar İnfrastrukturu Şirkətinin baş direktoru Anguel Zabourtov imzalayıblar. Limandan Axar.az-a bildirilib ki, memoranduma əsasən qeyd olunan qurumlar arasında əməkdaşlıq genişlənəcək və təcrübə mübadiləsi həyata keçiriləcək. Bununla yanaşı, memorandum liman idarəçiliyi, həm də liman heyətinin təlim və tədrisi sahələrində əməkdaşlıq və təcrübə mübadiləsini ehtiva edir.

Bolqarıstanın Limanlar İnfrastrukturu Şirkəti liman infrastrukturunun idarə edilməsi, tikintisi, bərpa edilməsi, liman akvatoriyaların və kanalların salınması, dövlət və mühüm strateji əhəmiyyətə malik olan limanların təhlükəsizliyinin təmin edir.

Qeyd edək ki, yeni Bakı Limanı Azərbaycanın tranzit imkanlarının reallaşdırılması baxımdan əhəmiyyətlidir və limanın tikintisinə böyük həcmdə investisiya yönəldilib. Yeni Bakı Limanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin vacib iştirakçısıdır və bu da öz növbəsində Bolqarıstan üçün Mərkəzi Asiyaya çıxış baxımından maraqlıdır.

Xatırladaq ki, 2015-ci ildə Bakı Limanı, Batumi Dəniz Limanı və Aktau Limanı arasında məqsədi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Əlaqələndirmə Komitəsinin təsis edilməsi və Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə əlavə yük axınlarını cəlb etməkdən ibarət olan üçtərəfli Anlaşma Memorandumu imzalanmışdır. Cari ilin yanvar ayında isə Bakıda keçirilmiş dördtərəfli görüşdə Ukrayna da Transxəzər marşrutuna qoşulub.

Həmçinin, Bakı Limanı son illərdə Antverpen, Panama, Aktau və Poti limanları ilə Anlaşma Memorandumu imzalayıb, Qətər və Sinqapur limanı ilə yaxın əməkdaşlığa cəlb olunub.

Tarix
2016.09.30 / 00:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla