Yuxarı

Bakı məni heyran etdi - Qolodest

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıya, Foruma gəlmək mənim üçün böyük şərəfdir. Bu, Azərbaycana ilk səfərimdir. Bakı gözəlliyi ilə məni heyran etdi. Çox müasir, həm də dinamik inkişafı göz qabağında olan şəhərdir.

Bu sözləri AzərTac-a müsahibəsində V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets söyləyib.

O deyib: "Biz mehriban qonşuluq münasibətlərimizi yüksək qiymətləndiririk və bu münasibətləri möhkəmləndirmək üçün ölkələrimizin liderlərinin nə qədər çalışdığını başa düşürük. Bu gün Azərbaycan ilə Rusiya Federasiyası arasında elm, mədəniyyət və təhsilin müxtəlif sahələrində 90-dan çox sazişin imzalanması elə humanitar əlaqələrimizin necə inkişaf etdiyinə nümunədir".

Rusiya Hökuməti sədrinin müavini əlavə edib: "Bu gün biz təhsil, səhiyyə və mədəniyyət sahələrində əlaqələrimizin perspektivlərini müzakirə edəcəyik. Məlumdur ki, Azərbaycanda Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. İndi də Azərbaycan Dərbənddə Azərbaycan Dövlət İqtisad Universitetinin filialını açır. Bu da bizim üçün çox əhəmiyyətlidir. Humanitar əlaqələrin bu dərəcədə sıx olması, onların inkişafı və genişlənməsi mehriban qonşuluğun, iki xalqın rifahı naminə bir-birinə hörmətin bariz nümunəsidir".

Tarix
2016.09.30 / 01:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla