Yuxarı

Qubada keçmiş polis qonşusunu bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş polis əməkdaşı qonşusunu bıçaqlayıb.

Report-un məlumatına görə, Quba rayonunun Mirzəqışlaq kənd sakini Sahil Məmmədov qonşusu, 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadiq oğlunun üzərinə qaynar su tökərək ona yanıq xəsarəti yetirib.

B.Paşayev Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən xəbər tutan S.Məmmədovun qardaşı Məmmədov Vidadi Mahir oğlu xəstəxanaya gəlib və burada müayinə olunan B.Paşayevi bıçaqlayıb.

Münaqişəyə səbəb S.Məmmədov və B.Paşayev arasındakı mübahisə olub.

Xəstəyə döş qəfəsinin hər iki tərəfin arxa səthinin kəsilmiş, didilmiş yaraları, sifətin, başın kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin termiki yanığı diaqnozu qoyulub. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Qeyd edək ki, Vidadi Məmmədov əvvəllər Quba RPŞ-də çalışıb. Lakin o, üç il əvvəl yol verdiyi nöqsanlara görə, işdən çıxarılıb.

Tarix
2016.09.30 / 10:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla